Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1836/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs: Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Füzuli rayonu, Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı məhəllə, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 14:20 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Azəriqaz İB-nin 1 saylı idarəsinin əməkdaşları beş nəfərə şəxs Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində qazıntı işləri aparmışlar. Ərazidə xidmət aparan PPX əməkdaşları onlara yaxınlaşmış və qzıntı işlərinin aparılması ilə əlaqədar müvafiq sənədlərin mövcudluğu barədə soruşmuşlar. Bu zaman onlar heç bir sənədlə tanış olmadığını, şifahi göstəriş əsasında bu işi həyata keçirdiklərini qeyd etmişdir. Bu zaman PPX əməkdaşları onları Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmiş, lakin Mənaf əsəbi vəziyyətdə yüksək səslə səs-küy salmış, ətrafdakı insanların diqqətini üzərinə cəlb etmişdir. Etdiyi bu hərəkətlərlə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Ona görə də həmin şəxs PPX əməkdaşları ilə 1-ci PB-nə gətirilmiş, barəsində inzibati qaydada tutma protokolu tərtib olunmuşdur. Eyni zamanda xx.xx.2025-ci il tarixdə İXM-nin 510-cu maddəsi ilə barəsində müvafiq protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə təqdim olunmuşdur. Hadisə zamanı şəxsin yanındakı dörd nəfər işçi, polis əməkdaşları və küçədən keçən digər şəxslər olmuşdur. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt Regional Qaz-İstismar İdarəsinin rəhbərliyi tərəfindən şəxsən göstərişi ilə 51-ci məhəllədə asfalt qatı kəsilən zaman iki nəfər polis əməkdaşı gəlmiş, sənədləri istəmiş, o da rəhbərliyin şifahi göstərişi olduğunu bildirmiş, bu zaman onları bölməyə dəvət etmişlər, aralarında yüngül mübahisə olmuş, sakit şəkildə avtomobilə əyləşib bölməyə getmişlər. Məhkəmədən barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ PPXT polis nəfəri, polis baş serjantı X1 bildirdi ki, xidməti ərazidə xidmət edən zaman həmin şəxslər qaz xətti çəkməklə bağlı asfalt örtüyünü dağıtmışlar. Onlar da yaxınlaşıb sənəd tələb etmişlər, həmin şəxslər heç bir sənəd olmadığını bildirmişlər, onlar da həmin şəxslərə aidiyyatı üzrə bölməyə yaxınlaşmağı bildirmişlər. Bu zaman həmin şəxslər səs-küy salaraq nə üçün bölməyə getməli olduqlarını demişlər. Həmin vaxt ətrafda qonşular, beş nəfər özləri olmuşdur. Həmin şəxsləri avtopatrula əyləşdirib 1-ci PB-nə gətirmişlər. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması özünün ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 14:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. X5 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qasımova Vüsalə
Məhkəmə qərarları › İş №3(060)-1836/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1836/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver