Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1837/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, X1 dəymiş ziyanın ödənilməsinə dair şikayətinə baxaraq, məhkəmə, müəyyənetdi: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə X1 dəymiş ziyanın ödənilməsinə dair şikayəti daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxaraq müəyyən etmişdir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından görünür ki, Emil İsmayılov Azərbaycan Respublikası İXM-nin 335.1-cimaddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Qubadlı Rayon Polis Şöbəsinin xx.xx.2023-cü iltarixli, TP ******* saylı qərarından şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1388/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. Qeyd olunduğu kimi Emil İsmayılovun dəymiş ziyanın ödənilməsinə dair şikayəti mülki qaydada həll edilməli olan məsələdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 dəymiş ziyanın kompensasiya edilməsi ilə bağlı verdiyi şikayət və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. X1 dəymiş ziyanın kompensasiya edilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan şikayəti verilə bilməz. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1837/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1837/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver