Məhkəmə qərarları › İş №3(060)-1839/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1839/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1839/2023 01.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* №-li nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokollarda qeyd edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət edərk bildirmişdir ki, keçmiş həyat yoldaşı Şəxs idarə etdiyi avtomobildə onun başına və sinəsinə vuraraq döymüşdür. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs tərtib etdiyi protokollara uyğun izahat verərək qanunauyğun qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, 2016-cı il tarixdə Şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2017-ci il təvəllüdlü Süphan və 2018-ci il təvəllüdlü Bədir adlı oğlan övladları dünyaya gəlmişdir. Aralarında baş verən mütəmadi mübahisələrə görə 2021-ci il tarixdə rəsmi qaydada boşanmışlar. Bədir adlı övladı epilepsiya xəstəsi olduğundan keçmiş yoldaşına məlumat vermişdir ki, həkimə aparmaq lazımdır, o da xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana gələrək onu və övladını götürüb Bakı şəhərində yerləşən uşaq nevroloji xəstəxanasına aparmışdır. Orada həkim müayinəsindən keçdikdən sonra geri qayıdan zaman yolda guya övladını o belə xəstə etmişdir deyə səs bildirib sözlə mübahisə edərək ona təhqiredici sözlər demişdir. Sonra Saray qəsəbəsindən üzü Sumqayıt körpüsünə gələndə sağ tərəf Qurddərəsi bağlar massivinə idarə etdiyi Toyota Corolla markalı 77EN??? Son nömrəsini bilmədiyi maşının içərisində onun başına yumruqla vurmuş, sonra hərəkət edərək daş bazarından üzü 17-ci mikrorayon istiqamətində maşını saxlayaraq təkrar yenə yumruqla başına və sinəsinə övladının yanında vurduqdan sonra yaşadığı ünvana gətirib düşürtdürüb çıxıb getmişdir. Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o keşmiş həyat yoldaşını vurmamışdır, həmin gün uşağı Bakı şəhərinə nevroloji xəstəxanaya aparıb gətirmişlər, onun dedikləri hamısı şər-böhtandır, həmçinin protokol tərtib etmiş şəxs onu dindirməmişdir, onun protokoldan xəbəri olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 hüquqlarını müdafiə etdiyi şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, məhkəmədə bu natamamlıq aradan qaldırıla bilməz. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, İnzibati xəta haqqında icraat səthi aparılmış, sübutlar toplanmamış, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, icraatın aparılması və protokolun tərtib edilməsi ilə bağlı İXM-nin tələblərinə əməl edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı alınmamışdır, yalnız zərərçəkmiş şəxsin izahatı alınmış, tərtib edilmiş protokoldan barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxsin xəbəri olmamışdır, ona müdafiəçi təklif və təyin edilməmiş, hüquqları izah edilməmiş, onun təqsirinin sübut edilməsi ilə bağlı heç bir sübut toplanmamışdır. İnzibati xəta haqqında materiallar natamamdır və məhkəmə iclasında göstərilənləri aradan qaldırmaq mümkün deyildir. Göstərilən natamamlıq məhkəmə iclasında müəyyən edildiyindən məhkəmə hesab edir ki, bu mərhələdə materiallar geri qaytarılmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə geri qaytarılsın. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar