Məhkəmə qərarları › İş №3(060)-184/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-184/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-184/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı X3 xx.xx.2020-ci il tarixli, MN0838606 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə xx.xx.2021-ci ildə X2 Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisinin xx.xx.2020-ci il tarixli, MN0838606 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X1 şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı X3 xx.xx.2020-ci il tarixli, MN0838606 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 16:10 radələrində xəstəliyi ilə əlaqədar yaşadığı 9-cu mikrorayon, ev 30-un düz arxasında, yaxınlıqda yerləşən Loğman aptekdən dərman almaq üçün həyətə düşmüşdür. Binanın arxasında polis əməkdaşları ona yaxınlaşmış və icazəsinin olub-olmamasını soruşmuşdur. O da yaşadığı evi göstərərək xəstə olduğunu və dərman almaq üçün evi tərk etdiyini bildirmişdir. Ona yaxınlaşan polis əməkdaşları portalda qeydiyyatını yoxlamış və qeydiyyatının Qubadlı rayonu göstərildiyi üçün ona 9-cu mikrorayon ev 30, mənzil 1-də yaşadığını onlara sübut etməyini tələb etmişlər. Əks halda İXM-nin 211-ci maddəsi ilə barəsində protokol tərtib ediləcəyini bildirmişlər. O polis əməkdaşlarına yaşadığı ərazinin Mənzil İstismar Sahəsindən bilgi almaqlarını bildirmiş və Epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, təcili dərmana ehtiyacının olduğunu, əks halda qıc olma tutacağını bildirərək ona kömək etmələrini onlardan xahiş etmişdir. Buna baxmayaraq polis əməkdaşları Post patrul avtomobili çağıraraq onu Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə aparmışlar və İXM-nin 211-ci maddəsi ilə barəsində protokol tərtib edərək xəbərdarlıq edildiyini və ilk dəfə olduğu üçün cərimə tətbiq edilmədiyini bildirmişlər. Əlavə olaraq qeyd etmişlər ki, xəbərdarlıq inzibati tənbeh növü olmaqla hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən xəbərdarlıq yazılı formada edilir və rəsmi xəbərdaredici tədbirdir. xx.xx.2020-ci il tarixdə ona X8 200 manat cərimə olunmağı haqda xəbərdarlıq məktubu göndərilmişdir. O dərhal araşdırmış və öyrənmişdir ki, onu aparan polis əməkdaşları onu aldadaraq İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə etmişlər. Barəsində tətbiq edilən İnzibati tənbeh vermə haqqında 200 manat cərimə edilməyi qanunun tələbinə ziddir, qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında X5 şikayətdə göstərilənləri müdafiə etdi, himayəsində 3 azyaşlı uşağının olduğunu, Qubadlı rayonundan məcburi köçkün olduğunu, 2-ci qrup əlil və parsial epilepsiya xəstəsi olduğunu, şikayətin təmin edilməsini və barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Pİ-nin 3cü Polis Bölməsinin nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 3-cü Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 16:10 radələrində yaşadığı evdən elektron icazəsi olmadan çıxdığına görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, X2 evdən çıxmaq üçün “sms” icazəsi olmamış, karantin rejimini pozduğu müəyyən edilmiş və düzgün olaraq barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Onun yaxınlıqda yerləşən aptekə (və ya mağazaya) getmək məqsədilə evdən çıxması və qeyd etdiyi digər hallar qanuni və asaslı olan qərarın ləğvi üçün əsas deyildir. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxxx 2020-ci il tarixli Qərarının 1-ci hissəsindən görünür ki, xx xxxxxx 2020-ci il saat 00:00-dan xx xxxxxx 2021-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Həmin Qərarda hərəkət məhdudiyyətinin tətbiqi qaydalari müəyyən edilmiş ve icazə verilməsi hallari göstərilmişdir. Həmin Qərarın 1.12-ci bəndində göstərilmişdir ki, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Beləliklə, X2 şitkayəti əsassız olduğundan rədd edilməlidir. Onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı X3 xx.xx.2020-ci il tarixli, MN0838606 saylı qərarı dəyişdirilmədən saxlanılsın.. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar