Məhkəmə qərarları › İş №3(060)-1841/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1841/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1841/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 26 iyul 2023-cü il tarixli, EP № 0120245, 00100-01894/23 saylı inziabti xəta haqqında protokola və materiallara Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi (bundan sonra mətndə BBGİ) tərəfindən hüquqi ünvanı ünvan 2yəti (bundan sonra mətndə "xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 483-cü maddəsinə əsasən 26 iyul 2023-cü il tarixli 00100- 01894/23 №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 11 gömrük bəyannaməsi üzrə ümumilikdə 18877.71 ABŞ Dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş külli miqdarda, yəni ümumilikdə 18877.71 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. BBGİ tərəfindən "xxxx" MMC barəsində İXM-nin 483-cü maddəsinə əsasən tərtib edilmiş edilmiş 26 iyul 2023-cü il tarixli, EP № 0120245, 00100-01894/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 14 avqust 2023-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC və protokolu tərtib etmiş BBGİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC ilə Gürcüstanda fəaliyyət göstərən “Kalanda 777” şirkəti arasında bağlanılmış 3-2022/AZR saylı xx.xx.2022-ci il tarixli müqaviləyə uyğun olaraq, ümumilikdə 11 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 18877.71 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Həmin tarixdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 18877.71 ABŞ dolları milli valyutaya nisbətdə 32092 (otuz iki min doxsan iki) AZN təşkil edir. İş materialənda olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin www.e-taxes.qov.az ünvanlı rəsmi internet səhifəsinin çıxarışından görünür ki, "xxxx" MMC ********** ödəyicisinin eyniləşdirmə nömrəsi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış və hal-hazırda qanuni təmsilçisi X3r. İş materialənda olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rauf Rüstəmov BBGİ-nin rəis müavini, gömrük xidməti polkovniki Yunis Əsgərliyə xx.xx.2023-cü il tarixli raportla müraciət edərək, göstərmişdir ki, BBGİ-nin Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/015034 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında "Forma 3.9.2.1” elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 11 gömrük bəyannaməsi üzrə ümumilikdə 18877.71 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilələr üzrə aparılan İxrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş külli miqdarda, yəni ümumilikdə 18877.71 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı, şirkətin direktoru X4 ilə (*** *** ** **) əlaqə saxlanılmış və şifahi sorğu-sual zamanı şəxs bildirmişdir ki, ixrac edilmiş mallar müqabilində pul vəsaitinin hamısı şirkətin müvəkkil bankda olan hesabına köçürülmüşdür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq aparılan araşdırma ilə əlaqədar yenidən zərurət yarandığından "xxxx" MMC tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən gömrük bəyannamələri üzrə ixrac etdikləri malların müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə göstəriş verilməsini xahiş etmişdir. İş materialənda olan Rəsmiləşdirmə Mərkəzinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı Kamran Mədədov BBGİ-nin rəisi, gömrük xidməti polkovnik-leytenantı Elmir Ramazanova xx.xx.2023-cü il tarixli raportla müraciət edərək, göstərmişdir ki, Əməliyyat və Təhqiqat İdarəsinin daxıl olmuş 3-33-/3-1-018346/2023 nömrəli xx.xx.2023cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan "Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixinə alınmış məlumata əsasən Gömrük Əməliyyatları İdarəsinin 34/012/015034 nömrəli xx.xx.2023-cü il tarixli raportunda göstərilən "xxxx" MMC tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 dekabr 2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən gömrük bəyannamələrində Konsiqnasiya əməliyyatları üzrə 4 gömrük bəyannaməsi **********6713, **********6657, **********9660, **********0956 üzrə 7410.75 ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC ilə Gürcüstanda fəaliyyət göstərən “Kalanda 777” şirkəti arasında bağlanılmış 3-2022/AZR saylı xx.xx.2022-ci il tarixli müqaviləyə uyğun olaraq, ümumilikdə 11 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 7410.75 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Həmin tarixdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 7410.75 ABŞ dolları milli valyutaya nisbətdə 12598 ( on iki min beş yüz doxsan səkkiz) AZN təşkil edir. Beləliklə də, hüquqi şəxs "xxxx" MMC tərəfindən bağlanılmış müqavilələrə uyğun olaraq, ümumilikdə 11 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 7410.75 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən bağlanan müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 7410.75 ABŞ dolları etmiş və nəticədə, "xxxx" MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/015034 nömrəli xx.xx.2023-cü il tarixli və 3-33-/3-1-020232/2023 saylı xx.xx.2023-cü il tarixli raportlarla, Gömrük bəyannamələri və isdə olan digər sənədlərlə "xxxx" MMC tərəfindən İXM-nin 483cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübut olunur. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC İXM-nin 483-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 2yəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində, yəni 2.223,22 (iki min iki yüz iyirmi üç) ABŞ dolları, 22 (iyirmi iki) sent, (7.410,75 x 30 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar