Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1844/2024 07.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2007-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, məhəllə 15, yataqxana 19, otaq 28 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10.00-da yaşadığı Sumqayıt şəhəri, məhəllə 15, 19a saylı yataqxanaya məxsus mətbəxdə mübahisə nəticəsində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 bildirdi ki, tərəflər arasında mübahisənin əsas səbəbi yaşadıqları yataqxanaya məxsus mətbəxdə anti-sanitariya qaydalarına əməl edilməməsi ilə bağlıdır. Bununla əlaqədar M.X3 44 dəfə müraciət edidb, lakin şikayətində qeyd etdiyi əsasların heç biri öz təsdiqini tapmayıb. Sonuncu dəfə aralarında baş vermiş münaqişə zamanı M.Zərərçəkmiş şəxsBağırov tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs aldığı xəsarətlə bağlı ekspert rəyi var. Baş vemiş hadisə ilə əlaqədar Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, baş vermiş hadisədə özünü təqsirli bilmir, onun heç bir günahı yoxdur. Bacısı yataqxananın tualetinə gedən zaman Zərərçəkmiş şəxs onun üstünə atılmış və guya bacısının onu döydüyünü bildirərək qışqırmışdır. O, tez bacısını yaşadıqları otağa salmışdır. Lakin Zərərçəkmiş şəxs qışqırmağa davam edərək onları həbs etdirəcəyini bildirmişdir. Qeyd edir ki, o, Zərərçəkmiş şəxs döyməyib, ona qarşı ümumiyyətlə hər hansı bir hərəkət etməyib. Şəxs qərar qəbul edilərkən qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, qarşı tərəf onun evinin qabağına daşlar qoyub. Bunun səbəbini onlardan soruşanda Şəxs bacısı ona əli ilə nalayiq hərəkət göstərmişdir. Aralarında yaranmış mübahisə zamanı Şəxs onun kürəyinə yumruq vurmuş, bacısı isə qolunu burmuşdur. O, həmin gün ekspertizaya getmiş və onun döyülməsi təsdiqlənmişdir. Şəxs və bacısı onu tez-tez hədələyir, onu söyüb qaçırlar. Əsas da onların anası daim onu narahat edir. Zərərçəkmiş şəxs qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, zərəçəkmiş şəxsi və protokol tərtib etmiş 3-cü PB-nin nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi vardır. Şəxs təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi və inzibati xəta haqqında xx.xx.2024-ci il tarixli, MN ******* saylı protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 1200 saylı ekspert rəyi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 1200 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs qızının bədəni üzərində sağ kürək nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Şəxs sözügedən hadisəni törətməməsi barədə izahatı özünümüdafiə xarakteri daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılarkən Şəxs Mirbağı roğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi halı müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar (16.1). İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər (16.2). Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1844/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1844/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver