Məhkəmə qərarları › İş №3(060)-1845/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1845/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1845/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi müdafiəçi Vəkil, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan "xxxx" MMC-nin direktoru X14 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********8/22 saylı qərarı ilə Omega Plus” MMC-nin direktorunun şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra "xxxx" MMC-nin direktoru X14 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* nğmrəli qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru X14 şikayəti onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinin pozulmasına dair inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı Qərar qəbul edilərək 4000 manat cərimə olunmuşdur. Qərara əsasən o, İXM-nin 192.1-ci maddəsinin tələblərini pozaraq, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin Sumqayıt şəhərində fəaliyyət göstərdiyi ofisdə pandemiya qaydalarına əməl olunması ilə bağlı keçirtdiyi reyd zamanı ofisdə olan bütün şəxslərdən izahat alınmış, pandemiya qaydalarına əməl etməmələrinə baxmayaraq ofisdə olan bütün şəxslərin guya pandemiya qaydalarına əməl etməmələri ilə bağlı məcburi şəkildə etiraf yazdırılmışdır. İzahatların formalarından da görünür ki, hamısı eyni məzmunda diqtə əsasında yazılıb. Ofisdə olan, lakin əmkdaşları olmayan 4 nəfər şəxsin də izahatı alınaraq sanki "xxxx" MMC-nin işçiləri olduqlarını qeyd etmələri tələb olunmuşdur. O buna qəti şəkildə etiraz etmiş və bele bir halın olmadığını bildirmişdir. Çünki həmin şəxslər "xxxx" MMC-nin içşiləri deyil, sadəcə iş üçün müraciət etmiş və işlə yaxından tanış olmaq üçün ofisə gəlmişdirlər. Onun etiraz etdiyini görən polis əməkdaşları onun izahatını almamış, 4 nəfər şəxsdən 3 nəfər yaşları az olduğuna görə (21-23 yaş) polis bölməsinə getməkdən qorxduqları üçün polis əməkdaşlarının hədəsi, diqtəsi əsasında izahatlarını yazmışdırlar. Maraqlısı odur ki, pandemiya qaydalarının pozulması ilə əlaqədar izahatların alınmasına baxmayaraq həmin şəxslər barəsində inzibati tənbeh tətbiq edilməmişdir. Bu hal belə bu hadisənin reallığa uyğun olmadığını sübut etməyə kifayət edir. Öz istəklərinə nail ola bilməyən polis əməkdaşları səhəri günü onu Polis İdarəsinə çağırmış, istəklərini yerinə yetirmədiyinə görə məlumatı Əmək Müfəttişliyinə göndərəcəklərini və başına oyun açacaqlarını demiş, izahatını almamış və ona qeyri etik davrandığına görə getməsini bildirmişlər. Bu məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə daxil olmuş məlumat əsasında X17 Sumqayıt Regional Ərazi Şöbəsində inzibati xəta haqqında işin başlanması və araşdırmanın aparılması qərarına gəlmişdir. Həmin ərazi şöbəsi tərəfindən barəsində inzibati araşdırma aparmadan, daxil olmuş məlumatda adı çəkilən şəxslərin izahatını almadan, onun izahatını almadan, inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılması və onun ədalətli həll olunması təmin edilmədən məsələyə qərəzli şəkildə yanaşılmış, inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Qərarı götürmək üçün Müfəttişliyin binasına dəvət olunmuş, izahat yazmaq istədiyini demiş, məsələnin həqiqətə uyğun olmadığını ondan və həmin şəxslərdən izahat almalarını xahiş etmiş, lakin bu xahişlərinə məhəl qoyulmadan ona qərar təqdim edilmiş və etirazı varsa gedib şikayət etməsi söylənilmişdir. Qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması əsası ilə 4000 (dörd min) manat cərimə edilmişdir. Həmin qərardan onun tərəfindən Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında X9 yuxarı orqan olaraq şikayət vermişdir. Şikayətə baxılarkən həmin orqanda o, qərarda adıçəkilən şəxslər və nümayəndə iştirak etmiş, müvafiq izahatlar verilmiş, aidiyyatı sənədlər və məlumatlar təqdim edilmişdir. Həmin şəxslər və O izahatları yazmış və məsələnin həqiqətdə necə baş verdiyini izahatlarda qeyd etmişlər. Həmin şəxslər öz izahatlarında "xxxx" MMC-nin əməkdaşı olmadığını, şirkətlə onların arasında heç bir əmək münasibətinin olmadığını, hər hansı bir işə cəlb edilmədiklərini, öz istəklərinə əsasən heç bir ödəniş almadan gələcəkdə işləmək niyyəti ilə iş şəraiti tanış olmaq üçün ofisə gəldiklərini qeyd etmişlər. Hətta X12də şikayətə baxan hüquqşünaslar belə araşdırmanın aparılmadığını, ondan izahat almadan xx.xx.2022-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında iş üzrə Qərarın verilməsinin kobud qanun pozuntusu olduğunu etiraf etmiş və bununla bağlı Ərazi üzrə X12 məsul şəxsi barədə intizam tənbehinin tətbiq edilməsi ilə bağlı məktub göndərdiklərini qeyd etmişdirlər. Yuxarı orqan olaraq bu qədər ciddi məsələyə məsuliyyətsizcə yanaşılmış, verilən izahatlar, aparılan müzakirələr diqqətə alınmamış, əksinə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılması və onun ədalətli həll olunması təmin edilməyərək məsələyə qərəzli şəkildə yanaşılmış, xx.xx.2022-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X17 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında Qərarı "xxxx" MMC-yə 02 iyun 2022-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. X7 xx.xx.2022-ci il tarixli, MN ******* sayh İnzibati xəta haqqında iş üzrə Qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, bununla da barəmdə tətbiq edilmiş cərimə növündə inzibati tənbeh ləğv edilməlidir. Belə ki, adı çəkilən qərarı qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) işin ədalətli həlli üçün hərtərəfli araşdırma aparmamış, işin bütün hallarını müəyyənləşdirməmiş, o, qərarda adıçəkilən şəxslər və nümayəndə tərəfindən verilmiş izahatları lazımi qaydada qiymətləndirməmişdir. İXM-nin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Tərtib edilmiş protokoldan və onun əsasında qəbul edilmiş qərardan isə belə məlum olur ki, inzibati orqan tərəfindən inzibati xəta haqqında işin halları vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılmamışdır. İşin hallarına nəzər yetirdikdə məlum olur ki, inzibati orqan Polis İdarəsindən daxil olmuş məlumat əsasında inzibati xəta haqqında işin başlanmasını və araşdırmanın aparılması qərarına gəlmişdir. Lakin inzibati xəta haqqında işin başlanmasını və araşdırmanın aparılmasını özündə ehtiva edən Qərardad mövcud deyildir, ona təqdim olunmamışdır. İXM-nin 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. İXM-nin 99.3cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İXMnin 99.4.3—cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edilir. Belə bir qərardaddan məlumatsız olmuş və bu qərardad onlara təqdim olunmamışdır. Belə bir qərardad qəbul edilmədiyi üçün "xxxx" X13 Məxsus Müəssisə barəsində tərtib edilmiş prtokolun və çıxarılmış qərarın qanunla nəzərdə tutulmuş müddət ərzində tərtib edilib-edilməməsi məsələsi öz aktuallığını qoruyur. İş materiallarına əsasən "xxxx" MMC barəsində inzibati xəta haqqında MN ******* saylı protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir, lakin ona təqdim edilməmişdir. Qeyd olunan protokola əsasən Polis İdarəsi tərəfindən inzibati orqana xx.xx.2022-ci il tarixində məlumat verilmişdir. Yəni fakt üzrə məlumat artıq təsdiqini tapmış məlumat olaraq qəbul edilmişdir. İnzibati orqan isə hüquqi şəxs barəsində inzibati xəta haqqında protokolu düz təxminən 26 gündən sonra tərtib etmişdir. Bu hissədə də qanunvericiliyin tələbi pozulmaqla prosessual normalara əməl olunmamışdır. Belə ki, İXM-nin 101-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri göstərilmişdir. Həmin maddənin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin maddənin 101.2-ci maddəsinə əsasən İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İXM-nin 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Lakin DƏMX xx.xx.2022-ci il tarixdə polis orqanı vasitəsilə faktı müəyyən etsə də protokolu 26 gündən sonra qərarı isə 37 gündən sonra qəbul etmişdir. Belə olan halda işin ədalətli və tərəflərin hüquq bəlrabərliyi əsasında araşdırılmasına əsaslı şübhələr yaranmış olur. Bu onun barəsində qərəzli çıxarılmış qərardır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi müdafiəçi Vəkil şikayəti müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu, qərarın qanuni olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İşdən görünür ki, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidmətinin xx.xx.2022ci il tarixli, **********8/22 saylı qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İş materillarına əlavə edilmiş Sumqayıt şhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-1004/2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000,00 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə "xxxx" MMC-nin direktoru X3 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin rəisi Aqşin Əhmədova ünvanlanmış məktubda qeyd edilmişdir ki, xüsusi karantin rejimi dövründə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC taksi xidmətinin ofisində fəaliyyət göstərən işçilər DİN-nin mərkəzləşdirilmiş portalı vasitəsilə yoxlanılarkən işçilərin bir qisminin qeyri-qanuni, yəni əmək müqaviləsi bağlamadan əməyə cəlb edilməsi aşkar edilmişdir. Həmin işçilər: - 23.02.2003-cü il təvəllüdlü X8; - 02.08.1998-ci il təvəllüdlü X15; - 16.05.1983-cü il təvəllüdlü X16; - 14.06.2000-cci il təvəllüdlü X4r. Göstərilənləri nəzərə alaraq, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi və nəticəsi barədə Sumqayıt ŞPİ-nə məlumat verilməsi xahiş olunur. İş materialında olan X5 izahatından görünür ki, o, 3 aya yaxındır ki, ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də işləyir. İş materialında olan X2 izahatından görünür ki, o təxminən 16 günə yaxın müddətdir ki, ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də işləyir. İş materialında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X14 "xxxx" MMC- də baş mühasib vəzifəsinə işə götürülmüşdür “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2- ci, 192.1 - 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 - 203-cü, 205-1.1-ci, 469.2- ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8, X15, X16 və X10 cəmiyyətin iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsüfünü fərqləndirmir. İnzibati Xətalar Məcəlləsi bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsüfünü fərqləndirmir. "xxxx" MMC-nin müdafiəçisi Vəkil tərəfindən Məhkəməyə təqdim edilmiş "xxxx" MMC ilə X16 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, "xxxx" MMC ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, "xxxx" MMC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “könüllü fəaliyyət haqqında müqavilə"-nin bağlanması da özü-özlüyündə X6, X10mın, X1, X5 "xxxx" MMC-də Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlədiyini təsdiq edir. Həmçinin "xxxx" MMC ilə həmin işçilər arasınnda “könüllü fəaliyyət haqqında müqavilə”-nin bağlanması “Könüllü fəaliyyət haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən “Könüllü fəaliyyətin təşkilatçısı - könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.” Göründüyü kimi kommersiya təşkilatlarının “könüllü fəaliyyət haqqında müqavilə”ni bağlanması qanunla nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır, "xxxx" MMC tərəfindən inzibati xəta törədilmişdir. Bundan başqa məhkəmə iclasında MMC-nin vəkili tərəfindən məhkəməyə təqdim edilən könüllü fəaliyyət haqqında müqavilələrə münasibətdə məhkəmə qeyd edir ki, həmin müqavilələr MMC-ni məsuliyyətdən kənarda qoymaq məqsədilə tərtib edilmişdir. Çünki həqiqətən həmin müqavilədə göstərilən işlər görülüb müvafiq ödənişlər və sair olmuşdursa bu vergi hesabatlarında qeyd edilib bununla bağlı məhkəməyə sübut təqdim edilərdi. Lakin məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X17 Xidməti «"xxxx" MMC və onun direktoru tərəfindən İXM-in 192.1- ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC və onun direktoru barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, "xxxx" MMC-nin direktoru X14 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin direktoru X3 şikayəti təmin edilməsin. "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar