Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1846/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Qərarından şikayət verilən orqanın nümayəndəsi Sumqayıt Şəhər Dövlət X12 YNH baş inspektoru polis kapitanı X2, Qərardan şikayət verən şəxs X3 iştirakları ilə, X3 Sumqayıt Şəhər Dövlət X12 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Dövlət X12 xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan X1 şəhər Məhkəməsinə şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Dövlət X12 xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, 30 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində etibarnamə əsasında idarə etdiyi **-MH-*** dövlət nömrə nişanlı “Ford Tranzit” markalı avtomobili yaşadığı binanın yanında səkinin üstündən aşağı məhəllə daxili yola endirib istiqamətini əsas yola çevirmək üçün manevr edərək (qabağını bir az qabağa verərək geri manevr etməklə) yola çıxmaq istəmiş, bu zaman onun manevr etməsini görən “VAZ 2107” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs ,sonradan adını bildiyi X8 avtomobili məhəllə daxili yolda surətlə sürərək sağ qabaq qanadı ilə onun avtomobilinə dəymişdir. Maşından düşərək aralarında baş vermiş hadisənin səbəbkarının X4 olmasını, onun manevr etdiyini açıq-aşkar gördüyünü desə də, həmin şəxs isə onu günahkar olduğunu bildirmişdir. Yol Polis əməkdaşı - polis kapitanı X5 gəldikdən sonra hadisənin onun təqsirindən əmələ gəlmədiyini desə də, buna əhəmiyyət verməyərək protokol tərtib etməyə başlamış və onun hərəkətini İXM-nin 327.1 -ci maddəsi ilə qiymətləndirərək 40 manat məbləğində cərimə edilməsi baradə qərar qəbul etmişdir. O, öz növbəsində etiraz etmiş, əsassız olaraq onun xəta törətməsi barədə qərar qəbul edən DYP əməkdaşına iradını bildirmiş və protokolu imzalamasa da, ******* saylı protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli TP ******* saylı elektron qərar verilmişdir. Hesab edir ki, DYP əməkdaşının heç bir əsası olmadan tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında verilmiş qərar ləğv edilməlidir. Ona görə də hazırkı şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Sumqayıt Şəhər Dövlət X12 YNH baş inspektoru polis kapitanı X5 izahatında göstərdi ki, Sumqayıt Şəhər Dövlət X13 tərəfindən X7 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərar əsaslı və qanuni şəkildə qəbul edilmişdir. Belə ki, 1 iyul 2022-ci il tarixdə X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək, yanlış manevr etmişdir. Sürücü manevr edərkən başqa şəxslərə mane olmamalıdır. Manevr edərkən yerdəyişmə elə olmalıdır ki, sağdan gələn maşına yol verilməlidir. Sürücü isə bu tələbləri pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra o, həmin yerə getmiş, yol nəqliyyat hadisəsinin sxemini çəkmiş, hər tərəfli araşdırma apararaq, qərar qəbul etmişdir. Ona görə də hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, hadisə yerinin fotoşəkillərinə və yol nəqliyyat hadəsinin sxeminə baxaraq hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, həmin qərarla 40 manat məbləğində cərimə olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və yol nəqliyyat hadəsinin sxemindən də müəyyən edilmişdir ki, X7 1 iyul 2022-ci il tarixdə yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək, yanlış manevr etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İşin məhkəmə iclasında araşdırılması zamanı Sumqayıt Şəhər Dövlət X12 YNH baş inspektoru polis kapitanı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Dövlət X12 YNH baş inspektoru polis kapitanı X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Dövlət X12 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1846/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1846/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver