Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1847/2025 26.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 21 iyul 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. 21 avqust 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, xaricə köçülmüş vəsaitlərə görə mallar ölkəyə vaxtında idxal edilmiş və bununla bağlı müvafiq gömrük bəyannamələri də mövcuddur. Həmin dövrdə şirkətin mühasibi tərəfindən gömrük bəyannamələri vaxtında təqdim edilməmişdir. Artıq bu problem aradan qalxmış, bəyanamələr banka da təqdim edilmiş və qeydə alınmışdır. Müvafiq cavab məktubu qısa müddət ərzində onlara təqdim ediləcək. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş 21 iyul 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 5.928.858,02 Rusiya rublu məbləğində vəsaiti bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 02 (iki) il müddətində 5.928.858,02 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1ş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Şəxs MMC-in xx.xx.2023-cü il tarixli 5.928.858,02 Rusiya rublu avans köçürməsi aşağıda qeyd edilən bəyanamələlə bağlanmışdır. Açıq qalan məbləğ 533.727,38 Rusiya rublu (ekvivalenti 2.585 USD-dir). **********2531 sorğu nömrəli gömrük bəyanməsi üzrə 952.843 Rusiya rublu, **********5320 sorğu nömrəli gömrük bəyanməsi üzrə 944.069,6 Rusiya rublu, **********7414 sorğu nömrəli gömrük bəyanməsi üzrə 944.069,6 Rusiya rublu, **********7422 sorğu nömrəli gömrük bəyanməsi üzrə 944.069,6 Rusiya rublu, **********9820 sorğu nömrəli gömrük bəyanməsi üzrə 979.163,4 Rusiya rublu, **********5948 sorğu nömrəli gömrük bəyanməsi üzrə 930.909,4 Rusiya rublu. Bu səbəbdən inzibati işə xitam verilməsinə etiraz edilmir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********2531 sorğu nömrəli xx.xx.2023-cü il tarixli, **********5320 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********7414 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********7422 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********9820 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********5948 sorğu nömrəli gömrük bəyanmələrindən görünür ki, həmin bəyannamələr üzrə müvafiq olaraq 952.843 Rusiya rublu, 944.069,6 Rusiya rublu, 944.069,6 Rusiya rublu, 944.069,6 Rusiya rublu, 979.163,4 Rusiya rublu, 930.909,4 Rusiya rublu məbləğində mallar ölkəyə idxal edilmişdir. İş materiallarında əlavə edilmiş Rabitəbank tərəfindən verillmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixində köçürdüyü 592.7852.11 Rusiya rublu məbləğdən **********9820 nömrəli YGB üzrə 979.163,40 Rusiya rublu, **********5320 nömrəli YGB bəyannaməsi üzrə 944.069,60 Rusiya rublu, **********7414 nömrəli YGB üzrə 944.069,6 Rusiya rublu, **********2531 nömrəli YGB bəyannməsi üzrə 952.843,04 Rusiya rublu, **********7422 nömrəli YGB üzrə 944.069,60 Rusiya rublu, **********5948 nömrəli YGB üzrə 930.909,40 Rusiya rublu, **********5713 nömrəli YGB üzrə isə 233727,38 Rusiya rublu portal üzrə bağlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “Rusiya Federasiyasında fəaliyyət göstərən “MBK Logistik” şirkətinin hesabına "xxxx" ASC-nin Biznes Mərkəzi filialı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 592.8852,02 Rusiya rublu məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin köçürməyə görə mallar müvafiq olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ölkəyə idxal edilmiş, yalnız 533.727,38 Rusiya rublu (2.585 ABŞ dolları ekvivalentində) təşkil edən məbləğə görə mallar ölkəyə idxal edilməmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dollarından az olduğu üçün Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 18.4, 40, 43, 53.1.2, 114- 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1847/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1847/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver