Məhkəmə qərarları › İş №3(060)-1848/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1848/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1848/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, Xİİ Tağım YPX inspektoru, polis baş serjantı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən TP ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: Xİİ Tağım YPX inspektoru, polis baş serjantı X1 TP ******* nömrəli, 01 avqust 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Xİİ Tağım YPX inspektoru, polis baş serjantı X1 TP ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayət ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Xİİ Tağım YPX inspektoru, polis baş serjantı X1 TP ******* nömrəli, 01 avqust 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən inzibati xətanın Hacıqabul-Horadiz yolunun 18 km-də törədildiyi müəyyən edildiyindən və X4 tərəfindən onun şikayət ərizəsinə yaşayış yeri üzrə baxılması barədə məhkəməyə vəsatət daxil olmadığından inzibati xəta haqqında şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X3 qaytarılmasıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xİİ Tağım YPX inspektoru, polis baş serjantı X1 TP ******* nömrəli, 01 avqust 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. X3 qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar