Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1851/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən Şəxs MMC-nin barəsində daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokola əsasən Şəxs MMC Bakı regional bölməsinə edilmiş xx.xx.2025-ci il tarix İD********** və xx.xx.2025 tarix İD********** müraciətlərlə ölkə ərazisinə idxal olunan idxal sağlamlıq aktından imtina edilmiş, 10163 kq pomidor məhsul partiyalarının satış şəbəkələrindən geri çağrılması barədə xx.xx.2025-ci il tarixli 159/FN qərarın icra olunmamışdır. Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə protokollaşdırılıb baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X3 bildirdi ki, Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli İD********** nömrəli və xx.xx.2025-ci il tarixli İD********** nömrəli müraciətlərlə idxal sağlamlıq aktından imtina olunmuş və satışı həyata keçirilmiş pomidor məhsulu partiyalarına Bakı regional bölmə tərəfindən “Qida” Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağrılması” barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın icra müddəti 10 gün olmuş və qərarın icrası ilə bağlı Agentliyin Bakı regional bölməsinə məlumat daxil olmamışdır. Bu səbəbdən protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs MMC barəsində inzibati tənbeh görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində protokol tərtib olunmuş Şəxs MMC iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə qiymət verərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə nümayəndənin izahatını dinləyib və iş materiallarını tədqiq edib hesab edir ki, əsaslar olduğuna görə inzibati material üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, №159/FN nömrəli qərardan görünür ki, ‘Clean Fruit " MMC idxal olunan qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyinə müraciət etmişdir. Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli İD********** nömrəli və xx.xx.2025-ci il tarixli İD********** nömrəli müraciətlər əsasında ölkə ərazisinə idxal olunan və satışı həyata keçirilən çəkisi 10163 kq pomidor məhsulu partiyalarının dövriyyəsi dayandırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin xx.xx.2025-ci il tarixli, 3-44-1/2-1-776/25 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin xx.xx.2025-ci il tarixli, 159/FN nömrəli qərarı icra olunması üçün "Clean Fruit” MMC-yə göndərilmişdir. Məhkəmə işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla "Clean Fruit” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nın 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapır və əməli Azərbaycan Respublikasının inzibatı Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Göründüyü kimi, “Clean Fruit " MMC idxal olunan qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixli, İD********** nömrəli və xx.xx.2025-ci il tarixli İD********** nömrəli ərizə ilə Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyinə müraciət etsə də, onun həmin müraciətinə xx.xx.2025-ci il tarixli, 159/FN nömrəli qərarla münasibət bildirilmişdir. Halbuki, Şəxs MMC-nin X1 Bakı regional bölməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli yazılı izahatında həmin məhsulların idxal sağlamlıq aktı alınmadan satıldığı bildirilmişdir. Belə olduğu halda, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 03.2.2025-ci il tarixli, 159/FN nömrəli qərarı qəbul olunan vaxtı həmin məhsulların satıldığı üçün geri çağırılması qeyri-mümkün olmaqla yanaşı, Şəxs MMC-nin həmin xətaya görə inzibati məsuliyyətə cəlb olunmasının müddəti də keçmişdir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən inzibati tənbeh inzibatı xətanın törədildiyi gündən ən geci дюрд ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114, 115-117, 544.2-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1851/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1851/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver