Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1854/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində protokol tərtib edilmiş şəxs – Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, vət.Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən dəyəri 200 manat olan samovarı Şəxs həyətə daxil olaraq oğurlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X3 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında xx.xx.2025-ci il tarixdə bölmənin təhqiqatçısı X2 tərəfindən qəbul olunmuş qərar əsasında icraatına daxil olmuş materialla əlaqədar araşdırma aparılmışdır. Araşdırma əsasında Sumqayıt şəhəri, Novxanı bağları, fərdi evdən vətəndaş Zərərçəkmiş şəxs məxsus olan 200 manat dəyərində samovarın qonşusu İbrahim tərəfindən oğurlanmasına şübhələndiyi ehtimal olunmuş və İbrahim tərəflərindən aşkar olunaraq bölməyə gətirilmiş və məhkəməyə təqdim olunmuşdur. İbrahim samovarı evin həyətinə daxil olaraq oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həyətə daxil olmuş, həyətdə olan otağın qapısını açıb içəri girmiş, bir gün orada qalmış və səhərisi gün çıxarkən həyətdə olan samovarı götürüb getmişdir. Həmin samovarı 100 manata satmış və pulunu xərcləmişdir. Hazırda ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, İbrahim evdə boşluq olmasından istifadə edərək həyətə daxil olub samovarı götürmüşdür. O, gəldiyi gün xəbər tutmuş, İbrahimlə söhbət edərək samovarı qaytarmasını bildirmiş, o da samovarı satdığını və pulunu xərclədiyini demişdir. O da DİN-nin 102 xidmətinə, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Polis əməkdaşları qısa müddət ərzində İbrahimi tutmuşlar və hazırda məhkəməyə gəlmişlər. Qapı qıfılla bağlı olmuşdur. Samovar həyətdə bisetkanın yanında olmuşdur. Şikayətçidir. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolla bağlı hissəni araşdırarkən məlum olmuşdur ki, bu hissədə araşdırma səthi aparılmış, iş üzrə bütün əhəmiyyətli hallar yoxlanılmadan qərar qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Sumqayıt şəhəri, Novxanı bağları ərazisində fərdi həyət evindən Zərərçəkmiş şəxs məxsus dəyəri 200 manat məbləğində olan samovarı oğurlamışdır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs hərəkətlərində cinayət tərkibi əlamətləri olduğundan tərtib olunmuş material Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il Qərarında qeyd olunmuşdur ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarı 03 mart 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Göründüyü kimi Şəxs fərdi yaşayış sahəsinə daxil olaraq oradan 200 manat dəyərində samovar oğurlamışdır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs əməli daxil olma kimi qiymətləndirildiyindən və dəymiş ziyan 100 manatdan yuxarı məbləğ olduğuna görə onun hərəkətlərində cinayət tərkibi əlamətləri olduğundan barəsində tərtib olunmuş material Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 118, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Qərardaddan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1854/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1854/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver