Məhkəmə qərarları › İş №3(060)-1855/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1855/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1855/2023 04.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində 31 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin ətrafında aparılan monitorinq ölçmə işləri zamanı ətrafa yayılan səs-küyün səviyəsinin norma həddindən artıq olması müəyyən edilmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-nin barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 03 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 16 avqust 2023-cü il tarixə təyin edilmişdir. Lakin sübutların təqdim olunması ilə bağlı işin baxılması 30 avqust 2023-cü il tarixə təxirə salınmışdır. Tərəflər 30 avqust 2023-cü il tarixdə məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 04 sentyabr 2023-cü il tarixə təxirə salınmışdır. 04 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı mərkəzi”nə ünvan 1 ünvanında yaşayan Fərid Məmmədov tərəfindən daxil olan xx.xx.2023-cü il tarixli “Araz marketin kondinsanerlərinin səsi narahat edir” məzmunlu müraciətinə əsasən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin ətrafında monitorinq ölçmə işləri aparmışdır. Araşdırma zamanı ətrafa yayılan səs-küyün səviyəsinin müəyyən etmək məqsədi ilə PCE-322A saəyyar cihaz vasitəsi ilə ölçmə işləri aparılmış, nəticələrə əsasən səs-küyün səviyyəsi norma həddindən artıq olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən tərtib olunmuş protokolu müdafiə edərək Şəxs MMC barəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. 04 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayan vətəndaş Fərid Məmmədovun kondinsanerlərin səsinin narahat etməsi ilə bağlı müraciətinə əsasən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin ətrafında monitorinq ölçmə işləri aparmışdır. Araşdırma zamanı səs-küyün səviyyəsinin norma həddindən artıq olması müəyyən edilərək Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 275.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Şəxs MMC-nin Sumqayıt 3 filialı üzrə mülki və inzibati xəta təşkil edən hüquqpozmalara görə məsuliyyətin müəyyən edilməsi məqsədilə xx.xx.2020-ci il tarixli 1 saylı əmrlə müəyyən edilmişdir ki, xx.xx.2020ci il tarixdən etibarən X2 Şəxs MMC-nin Sumqayıt 3 saylı filialı üzrə mülki və inzibati xəta təşkil edən hüquqpozmalara görə məsul şəxs təyin edilmişdir. Lakin hazırkı hüquq pozuntsuna görə X2 məsuliyyətə cəlb olunmalı olduğu halda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və Araz Supermarket” MMC barəsinə tərtib olunmuş protokola xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. İş materialında olan Şəxs MMC-nin xx.xx.2020-ci il tarixli 1 saylı əmrindən görünür ki, xx.xx.2020-ci il tarixdən etibarən X2 Şəxs MMC-nin Sumqayıt 3 saylı filialı üzrə mülki və inzibati xəta təşkil edən hüquqpozmalara görə məsul şəxs təyin edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun düzgün şəxs barəsində tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin İXM-nin 275.2-ci maddəsi ilə təqsirləndirilməsi göstərilsə də, lakin Şəxs MMC-nin xx.xx.2020-ci il tarixli 1 saylı əmrindən görünür ki, xx.xx.2020-ci il tarixdən etibarən X2 Şəxs MMC-nin Sumqayıt 3 filialı üzrə mülki və inzibati xəta təşkil edən hüquqpozmalara görə məsul şəxs təyin edilmişdir. X2 barəsində protokol tərtib olunmalı idi. Belə olduğu halda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol həmin protokolun tərtib edilməsinə dair İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı, 31 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinnə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar