Məhkəmə qərarları › İş №3(060)-1857/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1857/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1857/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında MN ******* və MN seriyalı ******* nömrəli protokollar tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5190/2022 saylı, xx.xx.2022-ci il tarixli və həmin Məhkəmənin 2(060)-3205/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini, həmçinin Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin 8i-4337 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokola görə Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-717/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli və MN seriyalı, 147908 nömrəli protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1857/2023 və 3(060)- 1858/2023 №-li işlər bir icraatda 3(060)-1858/2023 nömrə ilə birləşdirilməli, 3(060)- 1857/2023 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN seriyalı, 147908 nömrəli protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1857/2023 və 3(060)-1858/2023№-li işlər bir icraatda, 3(060)- 1858/2023 nömrə ilə birləşdirilsin. 3(060)-1857/2023 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında materiallar 3(060)-1858/2023 nömrə ilə məhkəmənin icraatına qəbul edilsin. İşin açıq məhkəmə baxışı «03» avqust 2023-cü il tarixə, saat 16:15-ə məhkəmə binasına təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Hakı̇ m Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar