Məhkəmə qərarları › İş №3(060)-186/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-186/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-186/2021 29.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 oğlunun, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs iştirakları ilə, 01.04.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs barəsində 17.10.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 02.07.2020-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri, ST.Sumqayıt ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-2227/2020 saylı, 20.10.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3 (105)-567/2020 saylı, 26.11.2020-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-2227/2020 saylı, 20.10.2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-2227/2020 saylı, 20.10.2020-ci il tarixli qərarı ləğv edilmişdir. İşə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin baxılması 29.01.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, İlhamə və anası ilə bir neçə ildir qonşudurlar. İlhamə və anası Naxış mütəmadi olaraq onun ailə üzvləri ilə və digər qonşularla münaqişələr yaradaraq onlardan əsassız olaraq şikayətlər etmişlər. Qonşusu Zərərçəkmiş şəxs onun barəsində dedikləri şər və böhtandır. Belə ki, 02.07.2020-ci il tarixdə o, “COVİD-19” xəstəsi olduğu üçün öz şəxsi evində olmuş və çölə çıxmamışdır. İlhaməni döyməmişdir. İlhamə özü-özünə xəsarət yetirərək onlara şər atır. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə Zərərçəkmiş şəxs izahatında bildirdi ki, təxminən 6 ildir ki, qonşuluqda yaşayan Hilalbəyli Əfqan və onun ailə üzvləri onunla və onun anası X3 ilə yola getmirlər, buna görə də aralarında tez-tez münaqişələr baş verir. 02.07.2020-ci il tarixdə təxminən saat 22:30 radələrində yaşadığı evin həyətində tək oturarkən Əfqan öz yaşadığı evə gələn zaman onu görüb, ona söz ataraq sataşmağa başlamış və nalayiq söyüşlərlə onu söymüşdür. Ondan polisə şikayət edəcəyini deyib, mobil telefonunu çıxartmış və Əfqan yerdən daş parçalarını götürərək ona tərəf atmışdır. Həmin daşlardan ikisi onun sağ buduna və onun sağ dizinə dəymişdir həmin vaxt Əfqanın anası Mülayim öz evlərinin qarşısından ora gələrək, yerdən bir ağac parçası götürüb onun sağ qoluna vurmuş və Əfqanı sakitləşdirərək öz evlərinə aparmışdır. O da buna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, tez bir zamanda başa çatdığı üçün kənar şəxslərdən ora gələn olmamış və hadisənin yalnız anası Naxış görmüşdür. İş üzrə şahid qismində izahat vermiş X3 bildirdi ki, təxminən 6 ildir ki, qonşuluqda yaşayan Hilalbəyli Əfqan və onun ailə üzvləri onunla və qızı Zərərçəkmiş şəxs ilə yola getmirlər, buna görə də aralarında tez-tez münaqişələr baş verir. 02.07.2020-ci il tarixdə təxminən saat 22:30 radələrində qızı İlhamə yaşadığı evin həyətində tək oturarkən o, söyüş səsləri eşidib pəncərədən çölə baxdıqda Əfqanın İlhaməni nalayiq söyüşlərlə söyüb üzərinə daş parçaları atdığını görüb həyətə düşmüş, orada Əfqanın anası Mülayimin ağac parçası ilə İlhamənin sağ qoluna vurduğunun şahidi olmuşdur. Bir qədər sonra Mülayim Əfqanı sakitləşdirərək oradan çıxıb getmişdir. Hadisə nəticəsində İlhamənin sağ budunda, sol dizində və sağ qolunda xəsarətlərin olduğunu görmüşdür. İnzibati işin materiallarında olan 23.07.2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmış və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərar Sumqayıt ŞPİ-nin 5-ci PB-yə göndərilmişdir. Həmçinin inzibati işin materiallarında olan 03.07.2020-ci il tarixli, 745 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazunun yuxarı 1/3-nin ön səthinin, sağ budun aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 02.07.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən, eləcə də özü-özünə yetirməsi istisna edilmir və ayrı-ayrılıqda eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən məlum oldu ki, barəsində protokol tərtib olunmuş şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokol 17 oktyabr 2020-ci il tarixdə tərtib olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 23 iyul 2020-ci il tarixdə qəbul edilmişdir. Hadisə özü isə 02.07.2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, İXM Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, inzibati işin materiallarından məlum olur ki, barəsində protokol tərtib olunmuş şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.6-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X4 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar