Məhkəmə qərarları › İş №3(060)-186/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-186/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-186/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokolu tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 15 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xətaya dair iş materiallarında olan 17.11.2021-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan və 03.10.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 02.09.2021-ci il tarixdə Sumqayıt şəhər St.Sumqayıt ərazisində iki avtomaşının toqquşması nəticəsində X3 və X1 xəsarət alaraq Sumqayıt şəhər TTYX-na müraciət etmələri barədə müraciət daxil olmuşdur. Daxil olan məlumatın araşdırılmasından ötrü 04.09.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1/672 nömrə ilə qeydiyyatda alınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilərək protokol tərtib edilmiş, hadəsi yerinin sxemi vı fotoşəkilləri çəkilmişdir. Araşdırma zamanı izahatı alınmış vət. X2 izahatında bildirmişdir ki, onun Mercedes Benz markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 02.09.2021-ci il tarixdə saat təxminən 12:15 radələrində o idarə etdiyi avtomobillə Sumqayı şəhəri, Mero y olu adlanan ərazisinin qarşısı ilə üzü Sumqayıta tərəf hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağında hərəkət edən “KİA” markalı avtomaşının sürücüsü avtomobili yolun çökək hissəsinə düşməməkdən ötrü onun hərəkət etdiyi istiqamətə tərəf çəkmiş və bu zaman toqquşma baş vermişdir. “KİA” markalı avtomaşının sürətinin təxminən 60km/saat olduğunu bildirmişdir. Daha sonra ora polis əməkdaşlarının gəldiyini və müvafiq sənədləşmə apardığını, hadisə zamanı avtomaşının da olan həyat yoldaşı Nərimanova Günel və oğlu Ələkbərzadə Emilin xəsarət alıb-almadığını yoxlamaqdan ötrü Sumqayıt şəhər TTYX-na müraciət etdiklərini, hadisə zamanı spirtli içki, narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olmadığını bildirmişdir. İzahatı alınmış vət. Şəxs izahatında bildirmişdir ki, onun “KİA” cerato markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili var və onu etibarnamə əsasında idarə edir. 02.09.2021-ci il tarixdə saat təxminən 12:20 radələrində o idarə etdiyi avtomaşınla Sumqayıt şəhəri, Mero adlnana ərazinin qarşısı ilə üzü ST.Sumqayıt qəsəbəsi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olan zaman qarşıda yolun təmir işləri ilə əlaqədar olaraq çökək yer qarşısına çıxdığından ora daxil olmamaqdan ötrü avtomaşını sola çəkdikdə hərəkətdə olduğu süərtlə əks istiqamətli yolda hərəətdə olan Mercedes markalı avtomaşınla toqquşmuş, hadisədən sonra polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparmış, hadisə zamanı ilk əvvəl qarşı tərəf avtomaşında olan sərnişinlərin xəsarət almadığını bildirmələri, lakin sonradan onların müayinə üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiklərini, hadisə zamanı spirtli içki, narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olmadığını və qarşı tərəf hərəkət istiqamətinə çıxmağının anidən sükanı sola çevirdikdə idarəetməni itirməyi səbəbbindən baş verdiyini bildirmişdir. Həmin qərarda toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qərarın sürətinin “KİA” Cerato markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Pİ DYPŞ məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta barədə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hərbi müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda özünü törədilmiş inzibati xətada təqsirli bildiyini və məhkəmədən barəsində inzibati xəta barədə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03.10.2021-ci il tarixli qərarın qəbul edilməsindən 3 aydan çox müddət keçdiyi üçün inzibati xəta barədə icraata Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar