Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1860/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional ərazi şöbəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, «AZTERMOİZOL” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Sumqayit regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti ünvan 1 ünvanında yerləşən «AZTERMOİZOL” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 24 may 2022-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional ərazi şöbəsinin nümayəndəsi X6 izahatinda göstərdi ki, «AZTERMOİZOL” Açıq Səhmdar Cəmiyyəti uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. «AZTERMOİZOL” ASC-yə məktubla müraciət olunub, nümayəndəsi dəvət olunub və protokol tərtib olunmuşdur. Nümayəndənin etibarnaməsi olmamış, lakin ona bütün hüquq və vəzifələr izah olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti ünvan 1 ünvanında yerləşən «AZTERMOİZOL” Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 24 may 2022-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol üzrə qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X5 Xidməti tərəfindən 24 may 2022-ci il tarixdə MN Nç ******* saylı Əmək Məcəlləsinin 225-ci maddəsinin pozulmasına görə protokol tərtib edilmiş, 31 may 2022-ci il tarixdə MN N° li İnzibati Xətalar Məcəlləsinin 469.2 və 114.1.1-ci maddələrini rəhbər tutaraq "xxxx" ASCnin İcraçı Direktoru Fuad Həsənov barəsində Qərar qəbul edilmişdir. "xxxx" ASC-nin İdarə Heyyətinin X1 xx.xx.2022-ci il tarixdə qəfil vəfatından sonra, "xxxx" ASC-nin Nizamnaməsinə görə səlahiyyətli şəxs olmadığından 06 ( altı ) aydan sonra vərəsilik təyin olunduqdan sonra Sədr təyin edilə bilər. "xxxx" ASC-nin İcraçı Direktoru Fuad Həsənovun imza səlahiyyəti olmadığından vəzifəli şəxs kimi İXM-nin 469.2-ci maddəsinə əsasən 1500( bir min beş yüz) manat cərmə edilə bilməz. Həmçinin X5 tərəfindən 24 may 2022-ci il tarixdə tərtib edilən protokola 25 may 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən etiraz məktubu göndərilmişdir. 31 may 2022-ci il tarixdə X5 inzibatı Qərar qəbul edildikdən sonra 31 may 2022-ci il tarixdə "xxxx" ASC etiraz məktubu göndərmişdir. Ehtiraz olaraq qeyd edilmişdir ki, imza səlahiyyəti olmadığından 14 may 2022-ci il tarixdə icbari sığorta üçün korperativ nömrə olan asan imza vasitəsi ilə işçilərin sığorta olunması üçün müraciət edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC 24 may 2022-ci il tarixdə elektron bağlanmış müqavilə əsasında hər bir işçi sığorta olunmuşdur, bunu nəzərə almaqlarını protokolu və Qərarı ləğv etməklərini xahiş etmişlər. Buna baxmayaraq X5 tərəfindən müraciətimizə münasibət bildirilməmişdir. Hesab edir ki, "xxxx" ASC-nin Sədri və Vəzifə səlahiyyətinə malik olmayan heç bir şəxs olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt “ASAN XİDMƏT” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1343 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəsi – X8 müraciət etmiş və miras qoyan X4 hüquqi varisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə proses işçilərinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, «AZTERMOİZOL” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Ona görə də, inzibati xəta törətmiş "xxxx" ASC-nin barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Metallurq, ev 1 ünvanında qeydiyyatda olan «AZTERMOİZOL” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1860/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1860/2022
04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver