Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1863/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022ci il tarixli MN ******* saylı qərarından vəzifəli şəxs X6 oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Vəzifəli şəxs X6 oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022-ci il tarixli MN ******* saylı Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X5 İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022-ci il tarixli MN ******* saylı Qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500,00 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərara əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halllarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş şəxs kimi onun tərəfindən sığortaçı ilə sığorta müqaviləsinin bağlanmaması müəyyən edilmişdir. Lakin hesab edir ki, qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X3 barəsind inzibati xəta haqqında protokol və həmin protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hansı işçilərin sığorta müqavilələrinin mövcud olmaması dəqiqliklə qeyd edilməmişdir. Belə olan halda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilətəqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqannın üzərinə düşür və o öz təqsirsizliyini sübut etməli deyildir. Həmçinin hesab edir ki, qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmiş inzibati xəta qərar ləğv olunmalı və inzibati xəta haqqında işə yenidən baxılmalıdır. Çünki səlahiyyətli orqan tərəfindən inzibati xətaya dair işə baxılarkən inzibati xətanın törədilib-törədilməməsi, eyni zamanda inzibati xətaya dair protokolun səlahiyyətli şəxs tərəfindən qanunauyğun şəkildə tərtib eidlibedilməməsi araşdırılmamışdır. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X5 İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022-ci il tarixli MN ******* saylı Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata itam verilməsini Məhkəmədən xahiş edir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 etibarnamə üzrə nümayəndəsi X8 izahatında bildirmişdir ki, Vəzifəli şəxs X6 oğlu tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Ona görə də vəzifəli şəxs X6 oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X5 İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022-ci il tarixli MN ******* saylı Qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500,00 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Odur ki, şikayətin təmin olunmamasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi X6 oğlu məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X5 İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022-ci il tarixli MN ******* saylı Qərarından görünür ki, vəzifəli şəxs X6 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500,00 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Protokolu tərtib etmiş şəxs orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti tərəfindən X6 oğluna ünvanlanmış məktubdan görünür ki, daxil olmuş müraciətlərin araşdırılması və “Əmək müqaviləsi bildirişləri” təhlil altsisetminə baxış keçirən zamanı tərəflərindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 25 may 2022-ci il tarixdə saat 12:00-da X7 xidmətinin X1 inzibati binasına dəvət olunmaları qeyd olunmuşdur. Eyni zamanda nümayəndə tərəfindən Məhkəməyə təqdim edilmiş sistemdən çıxarışdan görünür ki, işəgötürən X6 oğlu tərəfindən icbari müqaviləsi bağlanmayan işçilərin sayı 26-dir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 oğlu AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X5 İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022ci il tarixli MN ******* saylı Qərarı qanunvericiliyin tələblərinə uyğundur və vəzifəli şəxs X6 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, X6 oğlu şikayət ərizəsində qeyd etdiyi xüsusatların mövcudluğu barədə şikayət ərizəsinə heç bir sübut əlavə etməmişdir. Odur ki, vəzifəli şəxs X6 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X11 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022-ci il tarixli MN ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəzifəli şəxs X6 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X11 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 03 iyun 2022-ci il tarixli MN ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1863/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1863/2022
21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver