Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1864/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 25 iyun 2025-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarın icrası ilə əlaqədar DƏMX X3 xx.xx.2024-cü il tarixli 3-17-5/2-68595/2024 nömrəli məktubuna cavab verilməmişdir. Nəticədə "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs tərəfindən İXM-nin 529.1-1-ci maddəsində məzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X4 və "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -MN seriyalı ******* nömrəli, 25 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarın icrası ilə əlaqədar DƏMX Abşeron_X8 xx.xx.2024-cü il tarixli 3-17-5/2-68595/2024 nömrəli məktubuna cavab verilməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -xx.xx.2024-cü tarixli “inzibati tənbeh vermə” haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, məktubun tarixi xx.xx.2024-cü il olaraq qeyd edilmiş, həmin məktub xx.xx.2024-cü il tarixində 7 saylı Poçt Şöbəsində möhürlənmişdir. - poçt göndərişlərinin həyata keçirilməsi ilə bağlı "xxxx" MMC-nin elektron sistemdən çıxarışdan məlum olur ki, xx.xx.2024-cü il tarixində saat 15.17-də X5 "xxxx" MMC-yə ünvanlandığı məktub rəsmi olaraq çatdırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim edilmiş materialları, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X4 tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, aşağıdakı nəticələrə gəlir. Məhkəmə müəyyən edir ki, Cəmiyyətin vəzifəli şəxsi Şəxs tərəfindən əvvəl törədilmiş inzibati xətaya görə tətbiq olunmuş inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X6 Xidmətinin X4 02 oktyabr 2024-cü il tarixli, 3-17- 5/2-68595/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsi faktı, ilk baxışda İXM-nin 529.1-1-ci maddəsinin dispozisiyasına uyğun gələn əməlin əlamətlərini özündə ehtiva edir. Həqiqətən də, qanuni qüvvəyə minmiş inzibati aktın icrası, İXM-nin 139.1-ci maddəsinin imperativ tələbinə əsasən, bütün hüquq subyektləri üçün mütləq və məcburi xarakter daşıyır. Bu öhdəliyin üzrsüz səbəbdən yerinə yetirilməməsi, idarəçilik qaydaları əleyhinə yönəlmiş müstəqil bir hüquq pozuntusu tərkibi yaradır. Bununla belə, məhkəmə, inzibati məsuliyyətin əsaslarını və hədlərini tənzimləyən prinsipləri rəhbər tutaraq qeyd edir ki, istənilən şəxsin məsuliyyətə cəlb edilməsinin yalnız maddi hüquq normalarının deyil, həm də prosessual hüquq normalarının, xüsusilə də məsuliyyətə cəlb etmə müddətlərinə dair tələblərin ciddi şəkildə gözlənilməsi şərtilə mümkündür. X2 şəxsin məsuliyyətə cəlb edilməsi üçün 4 ay (3 ay və ya 1 il) müddətin müəyyən edilməsinin əsas məqsədi ondan ibarətdir ki, qanunvericilik proqnozlaşdırıla bilən olsun və subyektləri qeyri-müəyyən müddət ərzində təqib təhlükəsi altında saxlamasın. Məhkəmə, İXM-nin 38.1-ci maddəsinə istinad edir. Həmin maddənin ikinci cümləsinə görə, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bu müddətin ötürülməsi, İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati icraata xitam verilməsi üçün əsasdır. Belə olan halda İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın “törədildiyi gün”ün X6 Xidmətinin qərarının icrası ilə bağlı tədbirlərin görülməsi üçün Cəmiyyətə ünvanlanmış məktubun 02 oktyabr 2024-cü il tarixli məktubun rəsmi olaraq Cəmiyyətə çatdığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. Hərəkətsizliklə ifadə olunan xətanın törədilmə anı, hüquqi öhdəliyin yaranmasından və onun icrası üçün verilmiş ağlabatan müddətin nəticəsiz başa çatmasından sonrakı andır. 4 aylıq müddətin axımı da xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. Bu hesablama ilə, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix 2025-ci ilin fevral ayında bitmiş, inzibati xəta haqqında protokol isə, iş materiallarından göründüyü kimi, 25 iyun 2025-ci il tarixində, yəni qanunla müəyyən edilmiş dörd aylıq müddət keçdikdən sonra tərtib edilmişdir. Bu fakt, inzibati orqanın öz səlahiyyətlərini İXM-nin 38.1-ci maddəsində təsbit edilmiş prosessual müddət çərçivəsindən kənarda həyata keçirdiyini sübut edir. Yekun olaraq, vəzifəli şəxs Şəxs hərəkətsizliyində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, inzibati xəta haqqında protokolun tərtib edilməsi anına qədər İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 53.1.6, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1864/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1864/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver