Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1867/2022 13.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı Kənan Osmanovun, Sumqayıt şəhər polis idarəsinin Dövlət X6nin inspektoru, polis baş serjantı Sübhan Məmiyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, məhəllə 21, ev 33/40, mənzil 7 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən və Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.1, 511.1.3 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 11 iyul 2022-ci il tarixli, AP seriyalı ******* №-li və 12 iyul 2022-ci il tarixli , MN seriyalı ******* №-li protokollar tərtib edilmişdir, ona görə ki, Şəxs 11 iyul 2022-ci il tarixdə, saat 04:00 radələrində Sumqayıt şəhəri, Sülh prospektində qəflətən hərəkəti sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmış, aşkar surətdə iki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirməklə avtoxuliqanlıq etmişdir. Bundan başqa, Şəxs 12 iyul 2022-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və həmin zaman uca səslə ünvansız küçə söyüşləri söymüşdür. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsi və Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan 13 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1867/2022 və 3(060)-1870/2022 №li işlər bir icraatda 3(060)-1867/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı Kənan Osmanov izahatında bildirdi ki, Şəxs 12 iyul 2022-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və həmin zaman uca səslə ünvansız küçə söyüşləri söymüşdür. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 12 iyul 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi Yol-patrul xidməti inspektoru polis baş serjantı Sübhan Memiyev izahat verərək bildirdi ki, sürücü “Volkswagen P.” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili AB seriyalı 751346 nömrəli sürücülük vəsiqəsi ilə idarə edən ünvan 2 ünvanda yaşayan sürücü Şəxs 11 iyul 2022-ci il tarixdə, saat 04:00 radələrində Sumqayıt şəhəri, Sülh prospektində qəflətən hərəkəti sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmış, aşkar surətdə iki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirməklə avtoxuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, həqiqətən də 11 iyul 2022-ci il tarixdə, saat 04:00 radələrinə dostu ilə Sumqayıt şəhəri, Sülh prospektində iki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirməklə avtoxuliqanlıq etmişdir. Bu zaman Yol-patrul xidməti əməkdaşlarının onlara yaxınlaşdığını görsələr də, öz hərəktlərini davam etdirmişlər. Səhəri gün dostu ilə arasında söhbət zamanı ümumi söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış, onlar ilk olaraq polis əməkdaşlarının göstərişlərinə tabe olmamışlar. Lakin polis əməkdaşları onları intizama dəvət etdikdən sonra onların göstərişlərinə tabe olmuş və Polis Bölməsinə getmişdirlər. Əməlindən peşmandır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidi, müdafiəçini, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin protokol üzrə icraata xitam verilməli , Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.1, 511.1.3 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Təbriz Şahmarlı tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş raportda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə polis kiçik serjantı Orxan Bəxşəliyevlə birlikdə tapşırığa əsasən 2 nəfər şəxsi bölməyə gətirmək istəyərkən onlar polisin qanuni tələblərinə tabe olmayaraq, ünvansız nalayiq ifadələr işlədərək, onlarla bölməyə yaxınlaşmaqdan boyun qaçırmışdırlar. Buna baxmayaraq onlar 2 şəxsi avtomobilə əyləşdirib 4-cü Polis Bölməsinə gətirmişdirlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər 1993-cü il təvəllüdlü X2 və 1989-cü ul təvəllüdlü Şəxsdur. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:40-da inzibati qaydada tutulmuş və xx.xx.2022-ci il tarixdə sat 14:15 –də azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 511.1.1 və 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4. şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 511.1.1, 511.1.3 və 535.1-ci maddəsi ilə müəyyən olunmuş sanksiya çərçivəsində tənbeh təyin edilməlidir Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi AR İXM-in 511.1.1, 511.1.3 və 535.1-ci maddəsi ilə ayrı-ayqılıqda inzibati tənbeh tədbiq edilməklə qəti inzibati tənbeh tətbiq edilməldir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 511.1.3 və 535.1ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs və AR İXM-in 535.1-cü maddəsi ilə 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla o, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. İnzibati işin materiallarına əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Şəxs oğluna göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1867/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1867/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver