Məhkəmə qərarları › İş №3(060)-1867/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1867/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1867/2023 30.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, X3 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resurları Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 26 iyul 2023-cü il tarixli, EP № 0105369, 13000-00831/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resurları Baş Gömrük İdarəsi (bundan sonra mətndə BGİ) tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1, X6 Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 491.3 və 492.1-ci maddəsinə əsasən 26 iyul 2023-cü il tarixli EP № 0105369, 13000-00831/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixli **********6598 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş malların yükləndiyi 77BV647/99ZK647 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhəddini xx.xx.2023-cü il tarixdə keçmiş, ‘‘Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş hüquqi şəxs olaraq mallar birbaşa Şəxs MMC-yə aid olan anbara daşınmış, həmin anbarda mallar boşaldılmış, qeyd edilən nəqliyyat vasitəsi ölkə ərazisini xx.xx.2023-cü ildə tərk etmiş və hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə proqram təminatı vasitəsilə yük inspektoru tələb olunmuşdur. Raportda hüquqi şəxs tərəfindən malların qeyd edilmiş formada özbaşına boşaldılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 427 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemındən daim istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydalarının 3.1.7-ci bəndinin tələblərinin pozulduğu qeyd olunmuşdur. BGİ tərəfindən Şəxs MMC barəsində İXM-nin 491.3 və 492.1-ci maddələrinə əsasən tərtib edilmiş 26 iyul 2023-cü il tarixli EP № 0105369, 13000-00831/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 16 avqust 2023-cü il tarixə təxirə edilmişdir, lakin məhkəmənin sorğusuna əsasən işin baxılması 30 avqust 2023-cü il tarixə təxirə salınmışdır. Protokolu tərtib etmiş BGİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 16 avqust 2023-cü il arixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında göstərdi ki, Şəxs MMC-yə gömrükdə yaşıl status verilmişdir. Avtomobillər gömrüyü keçdikdən sonra icazə var ki, birbaşa MMC-nin anbarına daxil olsun, çünki MMC-yə məxsus anbar gömrük idarəsində qeydiyyatdadır. Malların yükləndiyi 77BV647/99ZK647 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhəddini xx.xx.2023-cü il tarixdə keçmiş, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş hüquqi şəxs olaraq mallar birbaşa Şəxs MMC-yə aid olan anbara daşınmış və 1-2 gün gözləsələr də yük buraxılışa verilməmiş, sistemdə problem olduğunu hesab edib iki gündən sonra həmin mallar anbara boşaldılmışdır. Həmçinin həmin mallarla bağlı gömrük bəyannaməsi yazılaraq dövlət rüsumu ödənilmişdir. Mallar boşaldıqdan 20 gün sonra gömrük idarəsindən məlumat verdilər ki, hazırkı iş açıq qalmış və növbə götürülməmişdir. Növbə götürülməli olduğundan məlumatları olmamışdır. Növəti gün BGİ-dən yük inspektoru gələrək yükə baxış keçirmiş və bildirmişdir ki, MMC-nin anbarına yükün boşaldılması ilə bağlı məlumat vermədiyindən barələrində protokol tərtib olunmalıdır. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində az miqdarda cərimə verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC İXM-nin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyi üçün həmin maddə ilə icraata xitam verilməli və İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edildiyindən Şəxs MMC İXM-nin 491.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan xx.xx.2023-cü il tarixli 34/012/003445 saylı rapordan görünür ki, Şəxs MMC-nin ünvanına Qazaxıstan Respublikasından “Təbii bitumun əsasında bitumiu qarışıqlar izolyasiya materialları” yükü **********6598 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü ildə Enerji X8 Nəqliyyatında Baş Gömrük İdarəsində bəyan edilmişdir. Üzərində gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış mallar müəssisənin anbarına boşaldılmış və bəyan olunmuş yükü ölkə ərazisinə xx.xx.2023-cü il tarixində gətirən 77BV647/99ZK647 dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsi xx.xx.2023-cü ildə ölkə ərazisini tərk etmişdir. xx.xx.2023-cü il tarixdə isə sistem üzrə yük inspektoru tələb olunmuş və seçilmişdir. İş materialında olan 26 iyul 2023-cü il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli 34/012/003445 saylı raportun araşdırılması ilə əlaqədar Gömrük Xidmətinin “X1 Sistemi’’ informasiya resursuna baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, **********6598 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixində saat 12:55:04-də “Ödəniş qəbul olundu. Malların buraxılışını gözləyin” bildirişi qeyd olunmuşdur. Lakin buna baxmayaraq, şirkət tərəfindən gömrük orqanlarının razılığı olmadan, malların daşındığı nəqliyyat vasitəsindən gömrük eyniləşdirmə vasitəsi çıxarılmış və mallar boşaldılmışdır. İş materialında olan xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004080/2023 saylı rapordan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/003445 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********6598 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş malların yükləndiyi 77BV647/99ZK647 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhəddini xx.xx.2023-cü il tarixdə keçmiş, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş hüquqi şəxs olaraq mallar birbaşa Şəxs MMC-yə aid olan anbara daşınmış, həmin anbarda mallar boşaldılmış, qeyd edilən nəqliyyat vasitəsi ölkə ərazisini xx.xx.2023-cü ildə tərk etmiş və hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə proqram təminatı vasitəsilə yük inspektoru tələb olunmuşdur. Raportda hüquqi şəxs tərəfindən malların qeyd edilmiş formada özbaşına boşaldılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 427 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası” Qaydalarının 3.1.7-ci bəndinin tələblərinin pozulduğu qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji X8 Nəqliyyatında Baş Gömrük İdarəsi cavab olaraq bildirmişdir ki, “Sika" MMC tərəfindən ölkə ərazisinə **********6598 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunan mallar barədə xx.xx.2023-cü il tarixdə qısa idxal bəyannaməsi təqdim edilmişdir (qısa idxal bəyannaməsi məktuba əlavə olunur). "Sika” MMC tərəfindən mallar **********6598 sorğu nömrəli gömrük bəyannaməsi əsasında gömrük orqanına bəyan edilmişdir. Şəxs MMC tərəfindən **********6598 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunan mallara dair 01,05.2023-cü il tarixdə gömrük və digər ödənişlər ödənilmişdir. Sənədli yoxlama və gömrük ödənişləri ödənildikdən sonra idxalatçı tərəfindən yükün boşaldılmasında gömrük nəzarətinin həyata keçirilməsi üçün DGK X1 Sistemi (VAİS) vasitəsi ilə inspektor seçimi edilməli idi. Şəxs MMC tərəfindən yükün boşaldılması üçün gömrük orqanın vəzifəli şəxsi olan yük inspektoru seçilməli idi. Gömrük bəyannaməsi təsdiq edilir, düzgünlüyünə əmin olunduqdan sonra DGK VAİS-də arxivləşdirilir, yəni ki, gömrük orqanın vəzifəli şəxsi mal sahibinə həmin malın boşaldılmasına icazə verir. Malın boşaldılması Yaşıl dəhliz iştirakçılarına belə yalnız gömrük orqanının icazəsi mümkündür. Elektron qaydada. DGK X1 Sistemi (VAİS) vasitəsilə seçmə üsulu ilə gömrük orqanının vəzifəli şəxsi (yük inspektoru) təyin edilir. "Sika” MMC tərəfindən bundan əvvəl gətirilən mallara proqram təminatı vasitəsi ilə avtomatik olaraq buraxılış verilmişdir. Lakin, gömrük orqanına **********6598 sorğu nömrəli gömrük bəyannaməsi əsasında bəyan edilən “neft məhsulları” adlı mal tullantılara aid olduğu üçün risk qrupuna düşür və risk qrupuna düşən mallara gömrük nəzarəti həyata keçiirlməsi üçün mallar sistem tərəfindən arxivləşdirilmir. Bunu da qeyd edək ki, istər sistem tərəfindən avtomatik olaraq gömrük bəyannaməsi arxivləşdirilsin, istərsə də risk qrupuna düşdüyü üçün bəyannamə arxivləşdirilməsin, hər iki halda yalnız gömrük orqanının icazəsi ilə bəyannamələr arxivləşdirilir və mallar buraxılışa verilir. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 427 nömrəli Fərmanının 3.1.7-ci bəndinə görə bu Qaydaya uyğun olaraq “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxs aşağıdakı üstünlüklərə malik olur: idxal zamanı idxal olunan malların şəxsin anbarlarına birbaşa aparılması, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-1.2-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. İXM-nin 491.3-cü maddəsinə səsən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli **********6598 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş malların yükləndiyi 77BV647/99ZK647 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhəddini xx.xx.2023-cü il tarixdə keçmiş, ‘‘Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş hüquqi şəxs olaraq mallar birbaşa Şəxs MMC-yə aid olan anbara daşınmış, həmin anbarda mallar boşaldılmış, qeyd edilən nəqliyyat vasitəsi ölkə ərazisini xx.xx.2023-cü ildə tərk etmiş və hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə proqram təminatı vasitəsilə yük inspektoru tələb olunmuşdur. Hüquqi şəxs tərəfindən malların qeyd edilmiş formada özbaşına boşaldılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 427 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemındən daim istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydalarının 3.1.7-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bundan bşaqa məhkəmə qeyd edir ki, MMC tərəfindən gömrük bəyannaməsi təqdim olunduğundan “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş hüquqi şəxs olaraq mallar birbaşa Şəxs MMC-yə aid olan anbara daşınaraq (plombların və s.) müstəqil qaydada çıxarılmışdır. Göründüyü kimi Şəxs MMC-nin əməlində İXM-nin 492.1-ci maddəsinin tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1, X6 Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500,00 (beş yüz) manat məbləğində cərimə olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar