Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1868/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X5 katibliyilə, qərardan şikayət vermiş X1, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, polis kapitanı X4 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati tənbeh vermə haqqında 04 may 2023-cü il tarixli TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin tərəfindən əbul edilmiş 04 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsinin ləğv edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, 01 may 2023-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokola əsasən ona İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2023-cü il tarixdə qərar qəbul edirlərək cərimə tətbiq edilmişdir. Həmin qərardan yazılı qaydada şikayət ərizəsi ilə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda müracətinə əsasən müsbət qərar qəbul edilmədiyi göstərilmişdir. Qərarla razı deyildir, hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Süh küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinin pozulması faktı əsasında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və etibarnamə üzərimdə olmadığına görə 332.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə isə müvafiq qərar qəbul edilmişdir. Hadisə vaxtı etibarnamə üzərində olmadığına görə barəsində eyni zamanda İXM-nin 332.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə yaxınlaşmış və orada ona bildirdilər ki, etibarnaməsi yoxdur. Halbuki etibarnamə sistemdə 6-cı aya mövcud idi. Sığorta şirkəti də etibarnamə olmaması ilə bağlı protokol tərtib edildiyindən sığorta ödənişini ödəməkdən imtina etmişdir. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etsə də xx.xx.2023-cü il tarixli cavab məktubunda məsələyə müsbət cavab verilməmişdir. X3 tərəfindən verilmiş şikayət 04 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 14 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında X3 şikayətinə uyğun izahat verərək barəsindəki 04 may 2023cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs DYPŞnin, inspektoru, polis serjantı X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Chevrolet Cruze” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman, Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Mercedes Benz 190” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamadığı üçün, onun arxa hissəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" BOKT MMC tərəfindən mülkiyyətlərində olan “Chevrolet Cruze” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək idarə edilməsi üçün X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin QİİŞ-i tərəfindən verilmiş AF709815 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə verilmiş və yol nəqliyyat hadisəsi isə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Hadisə baş verən zaman sistemdə də yoxlamışlar, etibarnamə olmamışdır. Qeyd olunanlara əsasən sürücü X3 barəsində İXM-nin 327.1 və 332.1-cü maddələei ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən TP ******* saylı inzibati qərar qəbul edilərək sürücü 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Sürücü və sığorta əməkdaşının audio səs yazmasını məhkəməyə təqdim edərək şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və qərar qəbul etmiş şəxsin izahatlarını dinləyərək, məhkəməyə təqdim olunmuş audio səs yazmasını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X3 barəsində xx.xx.2023-cü il tarixdə İXP İXP5394917 saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 04 may 2023-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X3 barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40,00 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş 27.04.203-cü il tarixli CF-E-006822-151 №-li etibarnamənin surətindən görünür ki, "xxxx" BOKT MMC-yə məxsus “Chevrolet Cruze” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 01 ay, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 58-6/2-S-60777 saylı ünvan 1 ünvanında yaşayan X2 ünvanlanmış məktunbdan görünür ki, X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin rəhbərliyinə elektron poçt vasitəsi ilə və “102” Xidməti-Zəng mərkəzinə verdiyi məlumatlar əsasında, daxil olmuş müraciətinə baxılmışdır. xx.xx.2023-cü il tarixdə “Chevrolet Cruze” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman, Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Mercedes Benz 190” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün araməsafəsi saxlamadığı üçün, onun arxa hissəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" BOKT MMC tərəfindən mülkiyyətlərində olan “Chevrolet Cruze” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək idarə edilməsi üçün X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin QİİŞ-i tərəfindən verilmiş AF709815 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə verilmiş və yol nəqliyyat hadisəi isə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ bəndinin 1-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Həmin Qanununun 50-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında 01 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən qəbul olunmuş 04 may 2023-cü il tarixli TP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Chevrolet Cruze” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 xx.xx.2023-cü il tarixdə saat 13:15-də (Sumqayıt şəhəri Sülh küçəsində) İXM-nin 327.1 və 332.1-ci maddələrinin tələblərini pozmuşdur. DYPŞ-nin 04 may 2023-cü il tarixdə TP ******* №li qərarı ilə X1 40 (qırx) manat cərimə olunması qərara alınmışdır. Məhkəmə iclasındakı araşdırma zamanı X1 İXM-nin 327.1 və 332.1-ci maddələrin tələbini pozmaqla qeyd olunan qayda pozuntusuna yol verməsi məhkəməyə təqdim edilən audio səs yazısında da öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, DYPŞ-nin inspektoru, polis serjantı X6 tərəfindən qəbul olunmuş 04 may 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X1 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, polis kapitanı X6 tərəfindən qəbul olunmuş 04 may 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1868/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1868/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver