Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1869/2022 13.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İsmayılov Azər İbrahim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 511.1.1 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi: Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında AP ******* №li, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur ona görə ki, o, “KHAZAR LX minik” markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə, saat 04:00-da Sumqayıt şəhəri, Sülh prospektində qəflətən hərəkəti sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması, aşkar surətdə 2 nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirərək avtoxuliqanlıq etmişdir. Bundan başqa Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2022-ci tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt şəhər 34-cü məhəllə ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və həmin zaman uca səslə ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında AP ******* №li, xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə ilə tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2022-ci tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1868/2022 və 3(060)-1869/2022 №-li işlər bir icraatda 3(060)- 1868/2022 nömrə ilə birləşdirilməli, 3(060)-1869/2022 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 511.1.1 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş AP ******* №li, xx.xx.2022-ci il tarixli və MN seriyalı ******* saylı, xx.xx.2022-ci tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1868/2022 və 3(060)-1869/2022 №-li işlər bir icraatda, 3(060)-1868/2022 nömrə ilə birləşdirilsin. 3(060)-1869/2022 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 511.1.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında materiallar 3(060)-1868/2022 nömrə ilə məhkəmənin icraatına qəbul edilsin. İşin açıq məhkəmə baxışı «13» iyul 2022-ci il tarixə, saat 17:20-ə məhkəmə binasına təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1869/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1869/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver