Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1869/2023 08.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, X4 barsəində tərtib edilmiş 01 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair X1 şikayətinə məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barsəində tərtib edilmiş 01 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol qeyri-qanuni və heç bir əsas olmadığı üçün həmin protokolun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Qanunvericilik inzibati xəta haqqında qərardan şikayət verilməsini müəyyən etmişdir. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məhkəməyə qərardan şikayətlə müraciət edə bilər. X4 isə şikayətində İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş edir. Qeyd edilənlər hazırkı şikayətin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə qeyd edir ki, qeyd edilənlər hazırkı şikayətin baxılmasını mümkünsüz edən hallar olduğundan şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 01 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Şikayət vermiş şəxs X2 izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1869/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1869/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver