Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-187/2021 25.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1966-cı ildə Zəngilan rayonunun Dəlləkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhəri, məhəllə 43, ev 36 B, m. 24-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2161/19 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 16500 manat borc Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra sənədini vaxtında tam icra etməmiş və vaxtında ödəniş etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2605/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-560/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(105)-560/2020 saylı qərarı ləğv edilmiş, işə başqa hakim tərəfindən yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəməyə bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2161/2019 saylı, xx.xx.2019-cu il tarixdə verilmiş icra sənədinə əsasən Şəxs 16 500 (on altı min beş yüz) manat pul tutularaq cavabdeh Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borcdan cəmi 3900 manat ödənilmiş, 12600 manat hissəsi isə ödənilməmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra sənədi üzrə borclu şəxs hər ay 200 manat məbləğində ödəniş edir. Bundan başqa aparılmış icra tədbirləri zamanı icra sənədi üzrə borclu şəxsin adına iki torpaq sahəsi, mənzil və nəqliyyat vasitəsi aşkar olunmuşdur. Borcluya məxsus “UAZ 2206 yük sərnişin” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatı Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Hazırda həmin əmlaklara tutma yönəldilməsi ilə bağlı tədbirlər görülür. Protokol tərtib edildikdən sonra borclunun əmlakları üzərinə həbs qoyulmuş, məcburi icra tədbirlərinə başlanmışdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hal-hazıradək 6400 manat ödəniş etmişdir. Respublikada olan pandemiya ilə əlaqədar işləyə bilməmiş və ödəniş edə bilməmişdir. Məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti olmamışdır. Qarabağ müharibəsi veteranı olduğu üçün 80 manat müavinət alır. Onun əmlakları var, bu barədə icra məmuruna da məlumat vermişdir, həmin əmlakların satılıb borcun ödənilməsi üçün icra tədbirləri keçirilir. Bununla belə imkanı olduqca borcdan ödəyir, məhkəmə iclasının keçirilməsindən əvvəl də 300 manat ödəniş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Onun məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2161/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 16500 (on altı min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan mədaxil orderlərinin surətlərindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs bank hesabına xx.xx.2020-ci il tarixində 1000 (bir min) manat, xx.xx.2020-ci il tarixdə 500 (beş yüz manat), xx.xx.2020-ci il tarixdə 1000 (bir min) manat, xx.xx.2020-ci il tarixdə 1000 (bir min) manat, xx.xx.2020-ci il tarixdə isə 200 (iki yüz) manat, xx.xx.2020-ci il tarixdə 200 (iki yüz) manat, xx.xx.2020-ci il tarixdə isə 200 (iki yüz) və 1800 (bir min səkkiz yüz) manat pul köçürülmüşdür. İş materiallarında olan M/V №043856 saylı vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Şəxs adına ********** və ********** qeydiyyat nömrələri, **********59, **********79 saylı reyestr nömrələri altında torpaq sahələri, həmçinin ********** qeydiyyat nömrəsi və **********60-05301-093001 reyestr nömrəsi altında isə mənzil aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Şəxs adına mühərrik nömrəsi NÖMR-Z SİL-Ş, Vaqon Ban tipli, ban nömrəsi XTT220600W0050338 olan, 1998ci il istehsalat tarixli **-DX-*** dövlət qeydiyyat nişanlı UAZ 2206 yük sərnişin avtomobili aşkar olunmuşdur. Həmçinin iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli təqdimatdan da görünür ki, yuxarıda qeyd olunan nəqliyyat vasitəsinə həbs qoyulması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. İş materiallarında olan X5 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Şəxs adına iki kart hesabı aşkar olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-439/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2161/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs adına “UAZ 2206” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-432/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2161/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs adına olan **********59 və **********79 reyestr nömrəli torpaq sahələrinin üzərinə həbs qoyulması, həmin torpaq sahələrinin açıq hərracdan satılması və tələb əldə olunan vəsaitə yönəldilməsinə dair qərar verilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2161/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əmlakın qiymətləndirilməsi üçün “xxxx” MMC-yə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. X2 Məhkəməsinin 3(105)-560/2020 saylı, xx.xx.2020ci il tarixli qərarında borclunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakların üzərinə məhdudiyyətlərin qoyulması barədə müvafiq qərarın qəbul olunub-olunmamasının araşdırılmaması qeyd edilmişdir. Məhkəmdə işə yenidən baxılarkən həmin hallar araşdırılmış və müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-439/2020 saylı, xx.xx.2020-ci il tarixli və 8(060)-432/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadları ilə borclu Şəxs adına olan “UAZ 2206” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və **********59 və **********79 reyestr nömrəli torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunanlardan göründüyü kimi, icra sənədi üzrə icra hərəkətləri aparılır, məcburi icra tədbirləri yerinə yetirilir. Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə imkanı olduğu halda icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı icra işində hər hansı sübut yoxdur. Mülkiyyətində olan əmlakların satılaraq borcun ödənilməsi ilə bağlı hüquqi prosedurların müəyyən vaxt çəkməsi Şəxs təqsiri deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Protokolda göstərildiyi kimi, onun üzrsüz səbəbdən icra sənədi üzrə borcunu ödəməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Ona görə də, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-187/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-187/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver