Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1871/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45, mənzil 18-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında 21 may 2021-ci il tarixli, MN seryalı, 1118378/1327 №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, vətəndaş Şəxs 21.05.2021-ci il tarixdə saat 00:35 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi 41/14 saylı binada yerləşən işlətdiyi “Halal süfrə” dönər evini işlədərək karantin rejimi qaydalarını pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 15 günder ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi 41/14 saylı binada yerləşən obyekti icarəyə götürüb “Halal süfrə” dönər evi kimi işləfir. Tətbiq olunmuş karantin rejimi ilə bağlı işlətdiyi “Halal süfrə” dönər evini saat 00-da bağlamalı olduğu halda 21.05.2021-ci il tarixdə saat 00:35-dək bağlamayıb içəridə işlə məşğul olmuşdur. Belə ki, şişdə olan əti kəsib doğradığı ərəfədə bir nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq ondan işləyib-işləmədiyini soruşmuşdur. O isə işlədiyini bildirmişdir. Bu zaman özünü təqdim edrək 4-cü polis bölməsi əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra “COVİD-19” virus pandemiyası ilə bağlı tətbiq olunmuş karantin rejimini pozduğunu bildirərək, onu 4-ce PB-nə aparmışlar. Karantin rejimini pozduğunu etiraf edir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 21.05.2021-ci il tarixli raportdan görünür ki, 21.05.2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhərii, 2-ci mkr ərazisində xidmət edərkən Halal süfrə dönər evinin xidmət göstərdiyini görüb həmin dönər evini işlədən Abşeron rayonu Saray qəsəbəsi ərazisində qeydiyyatda olan Şəxs 4-cü PB-nə gətirilmişdir. İş materialında olan AZA 014347 saylı, 21.05.2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21.05.2021-ci il tarixdə, saat 03:35 də inzibati qaydada tutulmuş, 07.02.2021-ci il tarixdə, saat 11:15-də azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs fiziki şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs tərəfindən karantin rejiminin tələbləri pozulmuşdur. Onun barəsində tərtib edilmiş sənədlərdə inzibati xətanı fiziki şəxs kimi törətməsi göstərildiyindən o fiziki şəxs kimi təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs fiziki şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması və himayəsində bir azyaşlı uşağı olmasıdır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə olunsun. Şəxs 21.05.2021-ci il tarixdə, saat 03:35-dən saat 11:15-dək inzibati qaydada tutulması nəzərə alınsın və ona təyin edilən cərimə tənbehi azaldılaraq 350 (üç yüz əlli) manat müəyyən edilsin. Qərarın icrası Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1871/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1871/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver