Məhkəmə qərarları › İş №3(060)-1871/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1871/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1871/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X1, Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli 00100-02150/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən protokol tərtib etmiş orqan Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 bildirmişdir ki, MMC-ə Bakı Baş Gömrük İdarəsindən heç bir məktub gəlməmişdir. Belə ki, müəssisənin fəaliyyətinin ixrac yönümlü olduğunu və alüminium külçələrini dünya bazarlarına ixrac etdiklərini bildirmişdir. 32 dollarlıq kəsir Toyota şirkətinin müvəkkil bankı tərəfindən Azərbaycan Respublikasının müvəkkil bankına məbləğ köçürülən zaman məbləğə komissiya haqqı tutulduğuna görə yaranmışdır. Həmçinin qeyd etmişdir ki, Pasha bankın işçilərinin səhlənkarlığından bu hal baş vermişdir. Bildirmişdir ki, gömrük bəyannaməsi üzrə 32 ABŞ dolları məbləğində vəsaiti müvafiq bankın hesabına MMC tərəfindən köçürülmüşdür. Bunu təsdiq edən sənədləri, yəni üzləşdirmə aktını və Pasha Bankdan onlara ünvanlanan məktubu iş materiallarına əlavə etmək üçün məhkəməyə təqdim etmişdir. Həmçinin bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinə bununla bağlı sorğu göndərsələr də, rəsmi cavab gəlməmişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 483cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyil. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 00100-02150/25 nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci iı tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 32.12 (otuz iki) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsi Rəmiləsdirmə mərkəzinin 3- 33-1100/012/011741 nömrəli raportundan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə “ixrac edilmiş malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs MMC-yə ünvanlanmış “konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ixrac edilmiş malların müqabilində müvəkkil bank hesablarına köçürülməmiş xarici valyutada pul vəsaitlərinin köçürülməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Pasha Bankdan METALTECHNOLOGY MMC-ə ünvanlanmış məktubdan görünür ki, **********1914 saylı X5 üzrə xx.xx.2025-ci il tarixinə qalıq 0 (sıfır) USD təşkil edir. İş materiallarına əlavə edilmiş X1 məhkəməyə təqdim etdiyi elektron poçt çıxarışından görünür ki, Pasha Bankdan Şəxs MMC-yə cavab olaraq X4 icra edildiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Xidmətinin elektron sistemində konsiqnasiya nəzarət bölməsinin çıxarışından görünür ki, Şəxs MMC-nin **********1914 nömrəli gömrük bəyənnaməsi üzrə qalığı mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə qənaətə gəlir ki, yaranmış 32 dollarıq kəsir, hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən yaranmış, həmçinin həmin kəsirin Azərbaycan Respublikası ərazisinə köçürülməsi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar