Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1874/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əzizova (Rzayeva) Şəbnəm İlham qızının, İcra sənədi üzrə X2nun, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Əzizova (Rzayeva) Şəbnəm İlham qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 21.05.2021-ci il tarixdə Əzizova (Rzayeva) Şəbnəm İlham qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6668/18 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549 saylı icra sənədi üzrə 7244 manat aliment borcunu üzrsüz səbəbdən icra etmir. Nəticədə Əzizova (Rzayeva) Şəbnəm İlham qızı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6668/18 saylı icra vərəqəsinə əsasən X3 16.01.2015-ci il təvəllüdlü X5 və 20.07.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaq üçün hər ay hər uşağa 137 manat olmaqla, iki uşağa görə ümumilikdə 274 manat sabit pul məbləğində alimentin 06.10.2017-ci il tarixdən başlayaraq tutulub X11 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 03 iyul 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulub 16.01.2005-ci il təvəllüdlü X5 və 20.07.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı X11 verilməsi qət edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əzizova (Rzayeva) Şəbnəm İlham qızı məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2018-ci il tarixində və Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədlərinə əsasən ondan 1-ci icra sənədinə əsasən 2 uşağa görə cəmi 274 manat, 2-ci icra sənədinə görə iki uşağın saxlanmasına görə cəmi 200 manat aliment tutularaq X2na ödənilməlidir. Yaranmış 7244 manat aliment bocundan xəbəri olmamışdır. Belə ki o, iş üzrə vəkil tutmuşdur. Həmin məhkəmə işləri ilə vəkili məşğul olmuş və aparılan proseslərdən heç bir xəbəri olmamışdır. Çünki o, övladlarından heç vaxt imtina etməmişdir. Ona kəsilən alimentdən razı deyildir. Qeyd olunan icra sənədindən indi xəbəri olmuşdur. O qərarlardan Ali Məhkəməyə şikayt edəcəkdir. Xəbərinin olmamasına səbəb məhkəmə sənədində göstərilən ünvanda qalmamağı olmuşdur. Ona gələn bildirişin hamısı tələbkarın ünvanına getmiş və o isə ona heç bir xəbər etməmişdi. Eyni zamanda bildirir ki, hal hazırda Bakıda yaşayır, himayəsində azyaşlı, yşni 4 yaşlı övladı var, özünü güclə dolandırır, amma borcunu ödəyəcəkdir. Əgər məhkəmə qərarından xəbəri olsaydı bu qədər borcun yığılmasına şərait yaratmazdı, çalışardı ki, borcundan az-az ödəyərdi və bu günə belə bir problemlə rastlaşmazdı. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X2 məhkəmə iclasında bildirdi ki, borclunun icra sənədindən məlumatı olmuşdur, amma borcu ödəmir, qəsdən ödənişdən yayınır. Qanuni tədbir görülməsini məhkəmədən xahiş edirlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Əzizova (Rzayeva) Şəbnəm İlham qızı tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. X6 hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6668/18 saylı icra vərəqəsinə əsasən X3 16.01.2015-ci il təvəllüdlü X5 və 20.07.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaq üçün hər ay hər uşağa 137 manat olmaqla, iki uşağa görə ümumilikdə 274 manat sabit pul məbləğində alimentin 06.10.2017-ci il tarixdən başlayaraq tutulub X11 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-549/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 03 iyul 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulub 16.01.2005-ci il təvəllüdlü X5 və 20.07.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı X11 verilməsi qət edilmişdir. Borc ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İcra işindəki bildirişin üzərindəki qeyddən görünür ki, borclu X8 bildiriş və qərarla 21.05.2021-ci ildə tanış olmuşdur. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. İcra sənədi barədə borcluya bildiriş yalnız bu gün verilmişdir. Onun icra sənədindən məlumatı olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, hazırda X6 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, X8 bildiriş və qərarla 21.05.2021-ci ildə tanış olmuş və bu səbəbdən icra sənədi üzrə borcunu ödəməmişdir. Protokolda göstərildiyi kimi, onun üzrsüz səbəbdən icra sənədi üzrə borcunu ödəməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Ona görə də, X8 tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Əzizova (Rzayeva) Şəbnəm İlham qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əzizova (Rzayeva) Şəbnəm İlham qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1874/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1874/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver