Məhkəmə qərarları › İş №3(060)-1877/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1877/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1877/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunması və həmin qərarın ləğv edilməsi barədə verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunmasını, həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayətini onunla əsaslandırdı ki, o, sərnişin daşıma şirkətində sürücü işləyir. 29.12.2020-ci il tarixində Bakı şəhəri, Qara Qarayev prospektində Bakı şəhəri DYPİ-nin Yol Patrul Xidmətinin baş inspektoru polis leytenantı X3 ona qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə protokol yazmış və qərar qəbul etmişdir. Bu vaxtı o bildirmişdir ki, onun rəsmi icazəsi var və portalda qeydiyyatdadır, lakin həmin leytenant ona qulaq asmamış və o məcbur olub DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Bu günədək heç bir polis İdarəsindən bu faktla bağlı onunla əlaqə saxlanılmayıb. Bu yaxınlarda polis yolda onu saxlamış və bildirmişdir ki, sistemdə barəsində Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə qərarlı cəriməsi var. O, da tez gedib Bakı şəhər DYPİ-dən qərarı rəsmi 26 aprel 2021-ci il tarixində almışdır. Lakin o israrla bildirir ki, onun portalda icazəsi olmuşdur. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsini, həmin qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanının (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə sənədləri araşdıraraq hesab edir ki, X2 qeydiyyat ünvanı İsmayıllı rayonu, İsmayıllı kəndində olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 qeydiyyat ünvanı İsmayıllı rayonu, İsmayıllı kəndi olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar