Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1877/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X4, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6668569 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6668569 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər DYPİ-nin polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası İXM-nin 342.5, 342.1.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində 150 manat cərimə tətbiq edilmişdir. O, DYP-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlanılarkən onlar sənədləri təqdim etməyi xahiş etmişlər, daha sonra polis əməkdaşı sənədlərə baxaraq qaydasında olduğunu bildirmiş və sonra isə maşının arxa hissəsində amortizator yayının kəsildiyini, konstruksiya dəyişikliyi etdiyini bildirmişlər. Bundan sonra, DYP-nin əməkdaşları avtomobili cərimə meydançasına aparılmasının zəruri olduğunu bildirmiş, o, isə ekspertizanın təyin olunmasını xahiş etmişdir. Lakin, DYP-nin əməkdaşları onunla razılaşmayaraq barəsində Azərbaycan Respublikası İXM-nin 342.5, 342.1.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. DYP-nin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirdikdən sonra o, usta ilə birlikdə avtomobilə baxış keçirtmişlər və avtomobilin arxa hissəsində amortizator yayının kəsilmədiyi və konstruksiya dəyişikliyi olmadığı aşkar olunmuşdur. Usta tərəfindən baxış keçirilməsi videogörüntü vasitəsilə qeydə alınmış və foto şəkillər çəkilmişdir. Həmin videogörüntüdən də görürünr ki, avtomobilin arxa hissəsində amortizator yayı kəsilməmiş, konstruksiya dəyişikliyi edilməmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətinin maiyyətinə uyğun çıxış edərək Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP6668569 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X7 bildirmişdir ki, sürücü X5 “Opel” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin arxa hissəsi aşağı olduğu üçün saxlanılmış və müəyyən edilmişdir ki, avtomobildə hər hansı yük də yoxdur. Avtomobilin arxa amortizatorlarının kəsilməsi ehtimalları olduğu üçün onu cərimə meydançasına aparmışlar ki, mütəxəssis tərəfindən avtomobilə baxış keçirilsin və bundan sonra müvafiq tədbir görülsün. Həmin vaxt sürücü israrla qərar tələb etdiyi üçün mütəxəssis tərəfindən avtomobilə baxış keçirilmədən sürücü barəsində protokol tərtib edilmiş və müvafiq qərar qəbul edilmişdir. Həmçinin bildirmişdir ki, sonradan avtomobilə mütəxəssis tərəfindən baxış keçirilib-keçirilməməsi, avtomobildə həqiqətən də konstruksiya dəyişikliyinin olub-olmamasının müəyyən edilməsindən xəbəri yoxdur. Eyni zamanda bildirmişdir ki, məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdə olan avtomobil həqiqətən də sürücü X3 məxsusdur. Görüntülər cərimə meydançasında çəkilmişdir. Görüntülərə əsasən amortizatorların altı pilləli olması, yəni normativdə göstərilən sayda olması müəyyən edilir. Lakin, ola bilsin sürücü amortizatorları qızdırma üsulundan istifadə etməklə elastikliyini azaltmış və bu səbəbdən də avtomobilin arxa hissəsi aşağı olmuşdur. Bu halın özü də inzibati xətadır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6668569 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6668569 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 həmin tarixdə saat 13:11-də “Opel Vectra” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri ərazisində idarə edərkən onun Azərbaycan Respublikası İXM-in 342.5, 342.1.3 və 342.2.2-ci maddələrinin tələblərini pozması müəyyən edilmiş və bu səbəbdən də 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdən görünür ki, “Opel Vectra” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa amortizatorları altı pillədən ibarətdir. Beləliklə də müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə “Opel Vectra” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmış və onun barəsində Azərbaycan Respublikasının İXM-in 342.1.3 (dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə), 342.5 (xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə) və 342.2.2-ci maddələri ilə (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarla qeyd edilən maddələrlə təqsirli bilinərək, daha ağır sansiyası olan 342.2.2-ci maddə ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X5 Azərbaycan Respublikasının İXM-in 342.2.2-ci maddə ilə, yəni normativ tələblər pozulmaqla avtomobilin idarə edilməsinə görə təqsirli bilinərək barəsində tənbeh tətbiq edilsə də, “Opel Vectra” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblərin pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, qeyd edilən avtomobil heç bir müayinə aparılmadan, yalnız normativ tələblərin pozulması şübhəsi əsasında cərimə meydançasına aparılmış və sürücü barəsində tənbeh tətbiq edilmişdir. Bu halı, yəni avtomobildə normativ tələblər pozulmasını halını dəqiqləşdirmədən, yalnız şübhə əsasında qərar qəbul etməsini inspektor özü də məhkəmə iclasında etiraf etmişdir. Bundan əlavə nəqliyyat vasitəsi sürücünün sahibliyinə qaytarılmadan, cərimə meydançasında sürücünün özü tərəfindən avtomobilin video görüntüləri çəkilərək məhkəməyə təqdim edilmiş və həmin video görüntülərlə müəyyən edilmişdir ki, “Opel Vectra” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin amortizatorları normativlərə uyğun olaraq altı pilləli olmuş və amortizatorların kəsilərək qısaldılması halı mövcud olmamışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı hazırda mübahisəndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə hər hansı inzibati xəta hadisəsinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6668569 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6668569 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli TP6668569 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 150 manat məbləğində inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1877/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1877/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver