Məhkəmə qərarları › İş №3(060)-1879/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1879/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1879/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Qasımov Seymur Rəşid oğlunun, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X2 iştirakı ilə, Qasımov Seymur Rəşid oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı X3 Rəşid oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Qasımov Seymur Rəşid oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinə əsasən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, İXP ******* saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, İXP ******* xx.xx.2024-cü il tarixində inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkət etməmişdir. İXP ******* saylı xx.xx.2024-cü il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Qasımov Seymur Rəşid oğlu bildirdi ki, Sülh küçəsindən dönərkən işıqforun qırmızı işığından keçməmişdir. Belə ki, DYPŞ-nin YPX inspektoru X4 onu saxlamış, işıqforun qırmızı işığında keçdiyini bildirmiş və sənədlərini tələb etmişdir, o da keçmədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, şəhərdə sertifkatlaşdırılmış kameralar mövcuddur, qırmızı işıqdan keçdiyi təqdirdə ona sms-radar bildirişi gəlməli idi. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X4 bildirdi ki, sürücü bir hərəkətlə iki qayda pozuntusu törətmişdir. Belə ki, qarşı hərəkət zolağına çıxmaqla ikinci zolaqda hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yalnız düzünə və sağa hərəkət edə bilərlər. Sürücü gələrək işıqforun qırmızı işığının yandığını görür, qarşıdakı maşını vurmamaq üçün ikinci zolağa çıxır, hansı ki, orada hərəkət yalnız düzünə və sağadır. Qırmızı işıqda hərəkətini davam etdirərək sola dönmə əməliyyatı edir. Bununla da sürücü bir hərəkəti ilə iki qayda pozuntusu törətmişdir. Sürücüyə hüquq və vəzifələri, törətdiyi qayda pozuntusu izah olunmuş, sürücü videogörüntü tələb etmişdir. Həmin videogörüntü şəhər təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmışdır, həmin görüntüləri məhkəməyə də təqdim edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qasımov Seymur Rəşid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan qərarından şikayət verilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videgörüntüdən görünür ki, “Mercedes C200 minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil Sülh küçəsində hərəkətdə olarkən manevr edərək ikinci zolağa daxil olmuş və yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforun qadağanedici işarəsinə tabe olmayaraq sola dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Həmin Qanunun 59-cu maddəsinin İİİ hissəsinin 3-cü bəndinə əsasən sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə “Mercedes C200 minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qasımov Seymur Rəşid oğlu Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçəsinin kəsişməsində manevr edərək ikinci hərəkət zolağında daxil olmuş və svetoforun siqnallarının tələbinə riayət etməyərək sola dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Qasımov Seymur Rəşid oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Qasımov Seymur Rəşid oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Qasımov Seymur Rəşid oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən Qasımov Seymur Rəşid oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar