Məhkəmə qərarları › İş №3(060)-188/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-188/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-188/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati xəta haqqında 16 sentyabr 2020-ci il tarixli, AP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Quba yolu 32-ci km ünvanında fəaliyyət göstərən Şəxs- (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində 16 sentyabr 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 28.09.2020-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-1806/20 saylı, 12.10.2020-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. 10.11.2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-1806/20 saylı, 12.10.2020-ci il tarixli qərarından Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30.11.2020-ci il tarixli, 3 (105)-575/20 saylı qərarı ilə Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-1806/20 saylı, 12.10.2020-ci il tarixli qərarı ləğv edilmiş, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan iş üzrə qərar qəbul edildiyi, inzibati xəta haqqında protokoldan başqa heç bir sübut araşdırılmadığı, iş üzrə mühüm əhəmiyyət kəsb edən sənədlər əlavə edilmədiyi və sənədlərə hüquqi qiymət verilmədiyi üçün işə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs” MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. 13.06.2020-ci il tarixdə İnzibati xətanın törədilməsi zamanı “Şəxs ” MMC-yə məxsus avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatların alınması üçün sorğu 30.07.2020ci il tarixdə Şəxs MMC-yə daxil olmuşdur. Qeyd olunan sorğuya MMC-nin direktoru tərəfindən 02 avqust 2020-ci il tarixdə- yəni 5 gün müddətində cavab verilmişdir. Həmçinin, Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-1806/20 saylı, 12.10.2020-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Həmin qərardan Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt şəhər Məhkəməsinin qərarı ləğv edilmişdir. Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun qanunsuz olduğunu nəzərə alaraq Şəxs MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 16 sentyabr 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN **********)-yə məxsus “Ford Transit” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də Şəxs MMC (VÖEN **********) tərəfindən Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə məlumat verilməmişdir. Bununla da, Şəxs MMC (VÖEN **********) İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xəbərdarlıqdan və xəbərnamədən görünür ki, Şəxs MMC sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdar edilmiş və 30.07.2020-ci il tarixdə xəbərnamə İmambaxışov (mühafizəçi) soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə ünvanlanmış 02 avqust 2020-ci il tarixli 02-20/ç-s saylı məktubdan görünür ki, 13.06.2020-ci il tarixdə “X7” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücü X5 tərəfindən idarə olunmuşdur. Məhkəmə Apellyasiya Məhkəməsi tərəfindən göstərilən məsələlərin icrasını təmin etmək məqsədi ilə 04 fevral 2020-ci il tarixdə “xxxx” MMC tərəfindən Sumqayıt şəhər DYPŞ-yə göndərilmiş 13.06.2020-ci il tarixdə X7 yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü X5 haqqında məlumatları özündə əks etdirən 02 avqust 2020-ci il tarixli, 02-20/ç-s saylı məktubun Sumqayıt şəhər DYPŞ-yə nə vaxt daxil olması barədə Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə sorğu göndərmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən həmin sorğuya 09.02.2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, “xxxx” MMC-yə məxsus X7 yük markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair fiziki şəxs haqqında məlumatlar MMC tərəfindən 21.09.2020-ci il tarixdə təqdim edilmiş və bu barədə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin “X2”ndə bu barədə müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə- Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC (VÖEN **********) barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Şəxs MMC istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Quba yolu 32-ci km ünvanında fəaliyyət göstərən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar