Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1881/2024 09.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs-X3 iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 35də qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri-2 yaşayış massivi, fərdi evdə yaşayan Şəxs ( şəxsiyyət vəsiqəsinin seriyası: AZE ********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində 09 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 22:00 radələrində H.Zeynalabdin qəsəbəsi, Xəzri-2 Y/M-də X4 hər iki çiynindən itələyərək dizləri üstünə yıxıldığından xəsarət almışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 22:00 radələrində H.Zeynalabdin qəsəbəsi, Xəzri-2 Y/M-də X6 ilə mübahisə zamanı hər iki çiynindən itələmiş, sonuncu dizləri üstünə yıxılaraq xəsarət almışdır. Asiyə Ağayevanın xəsarət alması iş üzrə keçirilmiş ekspert rəyində də öz əksini tapmışdır. Bu səbəbdən inzibati xəta törətmiş şəxs barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində bayıra çıxdıqda evlərinin qarşısında «Mersedes» markalı avtomobilin dayandığını görüb həmin avtomobilə yaxınlaşaraq nə üçün qaplarının ağzında saxladığını soruşmuşdur. Həmin şəxs taksi sürücüsü olduğunu və qonşunun evini göstərərək onu evinə gətirdiyini və işə aparacağı üçün burada gözlədiyini bildirdi. O, taksi sürücüsü ilə söhbət edərkən qapı qonşuları Nuranə bayıra çıxaraq taksiyə əyləşmək istədikdə onun taksi sürücüsü ilə söhbət etdiyini görüb onlara yaxınlaşmışdır. Onlardan nə olduğunu soruşduqda o, Nuranəyə dedi ki, taksi sürücüsü yeznəsinə deyibdir ki, qaynanan gecə saat 2-də Nuranəgilin qapılarından çıxır. Nuranə də təsdiqləyib bildirmişdir ki, anasının onların qapıdan hel içkisinin qablarını aparıbdır. O, Nuranəyə anasına şər atdığını dedikdə aralarında mübahisə yaranmışdır. O, həmin vaxt anasıını çağırmışdır ki, “Nuranəgilin qapısına nə vaxt girməsini soruşmuşdur. Anası Şərəf böhtan atırlar o, Nuranənin qapısına getmədiyini bildirmişdir. Həmin vaxt Nuranənin anası Asyə də ora gələrək anası ilə mübahisə etməyə başlamışdır. O, Asiyənin anası ilə mübahisə etdiyini görüb Asiyəyə yaxınlaşaraq onunla mübahisə edib söyüşlə danışmamasını bildirmişdir. Həmin vaxt Nuranə onun üstünə tərəf gəldikdə Nuranənin atası və dayısı araya girib Nuranəni oradan uzaqlaşdırdılar. Bundan sonra Asiyə üstünə gələrək onunla mübahisə etməyə başladıqda o, Asiyanın hər iki çiynindən arxaya itələdikdə o, arxaya doğru gedərək müvazinətini itirərək hər iki dizləri üstündə yerə yıxılmışdır. Asiyə yerə yıxıldıqda onun ürəyi getmiş və bu vaxt Nuranə yenidən ora qayıtmış və yenə də onun üstünə gəlmək istədikdə atası onu oradan kənarlaşdırıb aparmışdır. Daha sonra Asiyə ayağa duraraq anası Şərəfi itələmişdir. Anası yerə yıxılmış və sağ topuğu zədələnmişdir. Həmin vaxt Asiyə hasardan taxtanı çıxararaq onu vurmaq istədikdə Asiyənin əri Elşadla onun atası Zəkəriyyə araya girərək Asiyənin onu taxta ilə vurmasına imkan verməmişdir. Bununla da ara sakitləşmiş və o, evə getmişdir. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində həyətdən səs eşitdiyi üçün bayıra çıxmış və görmüşdür ki, qonşuları Elnurla qızı Nuranə mübahisə edir. O, onlara yaxınlaşıb nə üçün mübahisə etdiklərini soruşduqda Elnur ona demişdir ki, Nuranə anasına şər atır ki, həyətlərindən oğurluq etmişdir. Mübahisə vaxtı Elnurun atası onları ayırmaq istədikdə Elnur əl atıb Nuranənin köynəyinin yaxasını cırmışdır. O, da Elnura çataraq sifətinə bir sillə vurmuşdur. Bundan sonra Elnur onu itəliyib yerə yıxmışdır. Həmin vaxt hər iki diz və hər iki dirsək nahiyələri yerə dəyərək xəsarət almışdır. Həmçinin boynunun sağ tərəfə hasara dəymişdir. Boynunda gözlə görünən xəsarət olmasada ağrı hiss edirdi. Həmçinin Elnurun anası Şərəf də taxta parçası ilə kürək nahiyyəsindən bir dəfə vurmuş, lakin həmin nahiyyəsindən heç bir xəsarət almasada həmin nahiyyədə də ağrıları var idi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ərizə ilə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zəkəriyyə oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyindən müəyyən olunur ki, vət. X3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Hər iki dirsək oynağı nahiyyəsinin, sağ saidin və hər iki diz oynağı nahiyyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və həm ümumilikdə, həmdə ayrı-ayırılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş cinayət işi başlamasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs və X3 əməllərində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin yəni döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətasının tərkibinin olduğu müəyyən edildiyindən onların barəsinə həmin maddə ilə inzibati tənbeh tədbirləri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin 2-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs və X3 xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, A.M.Ağayeva İXTŞ Şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış 3(060)-1881/2024 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmə qanuni hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 105, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış 3(060)-1881/2024 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №3(060)-1881/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1881/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver