Məhkəmə qərarları › İş №3(060)-1882/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1882/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1882/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 05 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 47328.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə ölkədən xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 14355,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 13 iyun 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixli, EP N° ******* saylı inzibati protokol tərtib etmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. inzibati protokol Şəxs MMC tərəfindən Türkiyə rezidenti olan "Arcelormittal RZK X3 Sanayi ve Ticaret A.Ş" şirkətinə xx.xx.2020-ci il tarixdə 47328.00 (qırx yeddi min üç yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində pulun köçürülməsi, lakin 14355 (on dörd min üç yüz əlli beş) ABŞ dolları dəyərində malın 2 il ərzində ölkənin gömrük sərhədini keçməsinə dair sənədlərin köçürməni həyata keçirən banka təqdim edilməməsi ilə əlaqədar tərtib edilmişdir. Nəzərinizə çatdırırıq ki, Şəxs MMC ilə Türkiyə rezidenti olan "Arcelormittal RZK X3 Sanayi ve Ticaret A.Ş" şirkəti arasında xx.xx.2020-ci il tarixli, STP/RZK-2205 saylı Müqavilənin 01 saylı Əlavəsi ilə 17 ədəd çəkisi 81.6 ton olan HRP ** MM ***0 x 12000 S355J2+ N adlı polad lövhələrin alğı-satqısı razılaşdırılmışdır. Bu polad lövhələrin 1 tonunun dəyəri 580 (beş yüz səksən) ABŞ dolları olmaqla ümumi dəyəri 47328.00 (qırx yeddi min üç yüz iyirmi səkkiz) ABŞ dolları təşkil edir. Malların dəyəri olan 47328.00 (qırx yeddi min üç yüz iyirmi səkkiz) ABŞ dolları xx.xx.2020-ci il tarixdə "Arcelormittal RZK X3 Sanayi ve Ticaret A.Ş"yə ödənilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında diqqətinizə təqdim etdiyi X1 əsasında müəyyən edilir ki, S 355J2+N: HRP ** MM ***0 x 12000 adlı mallar; - xx.xx.2020-ci il tarixli, **********1836 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə İnvoice dəyəri 10962,00 (on min doqquz yüz altmış iki) ABŞ dolları olan 18900,00 kq - xx.xx.2020-ci il tarixli, **********1822 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə İnvoice dəyəri 10875,00 (on min səkkiz yüz yetmiş beş) ABŞ dolları olan 18750,00 kq - xx.xx.2020-ci il tarixli, **********1785 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə İnvoice dəyəri 11049,00 (on bir min qırx doqquz) ABŞ dolları olan 19050,00 kq - xx.xx.2020-ci il tarixli, **********1804 saylı sorğu nömrəli Gömrük Bəyənnaməsi ilə İnvoice dəyəri 10962,00 (on min doqquz yüz altmış iki) ABŞ dolları olan 18900,00 kq mal tərəflərindən mal idxal edilmişdir. Ümumilikdə isə 43848,00 (qırx üç min səkkiz yüz qırx səkkiz) ABŞ dolları dəyərində 75600,00 kq mal idxal edilmişdir. Tərəflər arasında bağlanmış bağlanmış xx.xx.2020-ci il tarixli, STP/RZK-2205 saylı Müqavilənin 01 saylı Əlavəsinin "Qeyd" hissəsində göstərilmişdir ki, "Tərəflər malların həcmində +/- 5% tolerans ola biləcəyi barədə razılaşırlar. Bu halda təhvil verilmiş malların faktiki həcminə görə Tərəflər arasında hesablaşma aparılmalıdır. Göründüyü kimi dəyəri ödənilmiş mallar (6000 kq. əskik olmaqla) ölkəyə idxal olunmuşdur. Əskik göndərilmiş 6000 kq. malın maddi dəyəri 3480 (üç min dörd yüz səksən) (6000 kq x 580 ABŞ dolları = 3480) ABŞ dollarıdır. Bu məbləğ isə inzibati məsuliyyətin əmələ gəlməsi üçün müəyyən edilmiş həddən aşağıdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinə əsasən, "qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir." Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, "X4 Heyəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında müəyyən edilmiş tövsiyələrinə uyğun olaraq, həmçinin son illər ölkənin tədiyə balansının göstəricilərində müşahidə edilən yaxşılaşmanı, gömrük nəzarətinin, bütövlüklə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələrini nəzərə alaraq 20 fevral 2020-ci ıl tarixli qərarı ilə Qaydalara dəyişiklik etmiş, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmışdır. Bundan başqa idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır." Yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi bu inzibati xətanın törədilməsi üçün idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən yuxarı olmalıdır. Yuxarıda göstərilən əsasları rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, EP N° ******* saylı inzibati protokolunu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməyinizi xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 05 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********1836 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə İnvoice dəyəri 10962,00 (on min doqquz yüz altmış iki) ABŞ dolları olan 18900,00 kq mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********1822 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə İnvoice dəyəri 10875,00 (on min səkkiz yüz yetmiş beş) ABŞ dolları olan 18750,00 kq mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********1785 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə İnvoice dəyəri 11049,00 (on bir min qırx doqquz) ABŞ dolları olan 19050,00 kq mal idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********1804 saylı sorğu nömrəli Gömrük Bəyənnaməsi ilə İnvoice dəyəri 10962,00 (on min doqquz yüz altmış iki) ABŞ dolları olan 18900,00 kq mal idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs 47328.00 ABŞ dolları məbləğindən xx.xx.2020-ci il tarixli, **********1836 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə STP/RZK-2205 saylı, xx.xx.2020-ci il tatixli müqavilə üzrə İnvoice dəyəri 10962,00 (on min doqquz yüz altmış iki) ABŞ dolları olan 18900,00 kq - xx.xx.2020-ci il tarixli, **********1822 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə STP/RZK-2205 saylı, xx.xx.2020-ci il tatixli müqavilə üzrə İnvoice dəyəri 10875,00 (on min səkkiz yüz yetmiş beş) ABŞ dolları olan 18750,00 kq - xx.xx.2020-ci il tarixli, **********1785 saylı sorğu nömrəli Gömrük bəyənnaməsi ilə STP/RZK-2205 saylı, xx.xx.2020-ci il tatixli müqavilə üzrə İnvoice dəyəri 11049,00 (on bir min qırx doqquz) ABŞ dolları olan 19050,00 kq xx.xx.2020-ci il tarixli, **********1804 saylı sorğu nömrəli Gömrük Bəyənnaməsi ilə STP/RZK-2205 saylı, xx.xx.2020-ci il tatixli müqavilə üzrə İnvoice dəyəri 10962,00 (on min doqquz yüz altmış iki) ABŞ dolları olan 18900,00 kq mal tərəflərindən idxal edilmişdir. Ümumilikdə isə STP/RZK-2205 saylı, xx.xx.2020-ci il tatixli müqavilə üzrə 43848,00 (qırx üç min səkkiz yüz qırx səkkiz) ABŞ dolları dəyərində 75600,00 kq mal idxal edilmişdir. Aradakı fərq 3480 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi bu inzibati xətanın törədilməsi üçün idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən yuxarı olmalıdır. İş üzrə geri qaytarılmayan məbləğin qalıq dəyəri 3480 (üç min dörd yüz səksən) ABŞ dolları təşkil etdiyindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 05 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 iyul 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar