Məhkəmə qərarları › İş №3(060)-1883/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1883/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1883/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında 5 iyul 2022-ci il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 58077.00 ABŞ dolları məbləğində vəsaiti 16 iyun 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 58077.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 17 iyun 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərtib edilmiş protokolla razılaşmayaraq göstərdi ki, inzibati protokol "xxxx" MMC tərəfindən Sinqapur rezidenti olan "Trafigura PTE LTD" şirkətinə xx.xx.2020-ci il tarixdə 58 077.00 (əlli səkkiz min yetmiş yeddi) ABŞ dolları məbləğində pulun köçürülməsi, lakin həmin dəyərdə malın 2 il ərzində ölkənin gömrük sərhədini keçməsinə dair sənədlərin köçürməni həyata keçirən banka təqdim edilməməsi ilə əlaqədar tərtib edilmişdir. "xxxx" MMC ilə Sinqapur rezidenti olan "Trafigura PTE LTD" şirkəti arasında xx.xx.2020-ci il tarixdə xx.xx.2019- cu il tarixli, S-638699 saylı Müqavilənin 01 saylı Əlavəsi razılaşdırılmışdır. Bu Əlavəyə əsasən Trafigura STP-yə 486 (dörd yüz səksən altı) ton mis katod satmağı, STP isə həmin malı alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə PTES11063629 nömrəli Müvəqqəti Faktura (Provisional İnvoice) göndərmişdir. Bu Fakturada hesablama aşağıdakı qaydada aparılmışdır: Miqdar : 486 ton Qiymət : 5151,5 ABŞ dolları Premium : 90 ABŞ dolları Yekun (xalis) qiymət : 5241,5 ABŞ dolları 5151,5 + 90 = 5241,5 ABŞ dolları 5241,5 ABŞ dolları x 486 ton = 2 547 369,00 ABŞ dolları STP tərəfindən Trafiguraya xx.xx.2020-ci il tarixində Müvəqqəti Fakturada göstərilən məbləğ olan 2 547 369,00 ABŞ dolları ödəniş edilmişdir.Lakin mal göndərilənədək Müvəqqəti Fakturada göstərilən mis katodun LME - X3 (X2) qiymətində bir tona görə 119,5 ABŞ dolları artım olmuşdur. Buna görə də qarşı tərəf xx.xx.2020-ci il tarixində PTESİ1065538 nömrəli Yekun Faktura (Final İnvoice) göndərərək mis katodun qiymətini aşağıdakı qaydada yenidən hesablamışdır. Miqdar : 486 ton Qiymət : 5271 ABŞ dolları Premium : 90 ABŞ dolları Yekun (xalis) qiymət : 5361 ABŞ dolları 5271 + 90 = 5361 ABŞ dolları 5361 ABŞ dolları x 486 ton = 2 605 446,00 ABŞ dolları Fakturada qeyd olunmuş Premium qarşı tərəfin satdığı mis katoddan əldə etdiyi gəlirdir. LME olaraq birjada mis katodun qiyməti 5271 ABŞ dolları olmuş, Trafigura ona 90 ABŞ dolları öz mənfəətini əlavə etmiş, nəticədə malın yekun qiymətini 5361 ABŞ dolları olaraq formalaşdırmışdır. Trafigura bu Yekun Fakturada əvvəlki Fakturaya əlavə yaranmış 58 077 (əlli səkkiz min yetmiş yeddi) ABŞ dollarını tələb etmişdir. STP xx.xx.2020-ci il tarixində bu ödənişi həyata keçirmişdir. Trafigura tərəfindən razılaşdırılmış 486 ton mis katod göndərilmiş və xx.xx.2020-ci il tarixli, **********3435 sorğu nömrəli Gömrük Bəyannaməsinə əsasən rəsmiləşdirilmişdir. X1 səhvən mis katodun yeni qiyməti olan 2 605 446,00 (iki milyon altı, yüz beş min dörd yüz qırx altı) ABŞ dolları deyil, köhnə qiymət olan 2 547 369,00 (iki milyon beş yüz qırx yeddi min üç yüz altmış doqquz) ABŞ dolları nəzərə alınmış və Gömrük Bəyannaməsi həmin qiymət əsasında rəsmiləşdirilmişdir. Buna səbəbdən STP tərəfindən qarşı tərəfə qiymət artımına görə köçürülmüş 58 077 (əlli səkkiz min yetmiş yeddi) ABŞ dollarının pulun geri qaytarılmadığı və yaxud həmin dəyərdə malın ölkəyə idxal olunmadığı kimi anlaşılmışdır. Halbuki dəyəri ödənilmiş mallar ölkəyə idxal olunmuşdur. inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati cərimə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə tətbiq edilir. İş materiallarına əlavə olunan Müvəqqəti Faktura və Yekun Fakturada mis katodun qiyməti, həmçinin qiymət artımı göstərilmiş və Gömrük Bəyannaməsinə əsasən isə razılaşdırılmış 486 ton mal idxal edilmişdir. STP tərəfindən hər hansı valyuta vəsaitinin geri qaytarılmaması halı olmamışdır. Həmçinin Trafiqura ilə razılaşdırılmış və STP tərəfindən köçürülmüş 2 547 369 (iki milyon beş yüz qırx yeddi min üç yüz altmış doqquz) ABŞ dolları + 58 077 (əlli səkkiz min yetmiş yeddi) ABŞ dolları dəyərində bütün mallar ölkə ərazisinə idxal olunmuşdur. Hazırkı iş üzrə isə STP tərəfindən AR Mərkəzi Bankına bəyan edilməmiş avans köçürmə mövcud deyildir. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, STP tərəfindən 486 ton mis katod sifariş edilmiş və mis katodun qiymətində dəyişiklik olduğundan 58 077 ABŞ dolları yem razılaşma ilə əvvəlki razılaşma arasındakı qiymət fərqi olaraq Trafiquraya ödənilmişdir. Sifariş olunmuş 486 ton mis katod isə 10 avqust 2020-ci il tarixdə gömrük orqanlarına bəyan edilərək müvafiq yük gömrük bəyannaməsi köçürməni həyata keçirən banka təqdim edilmişdir. 58 077 ABŞ dolları avans ödəniş kimi deyil, 486 ton mis katodun yeni qiyməti ilə əvvəlki qiyməti arasındakı fərq məbləğ olaraq köçürülmüşdür. Bu xx.xx.2020-ci il tarixli, N9 PTESİ1065538 nömrəli Yekun Fakturanın (Final İnvoice) məzmunu ilə də təsdiqlənir. Əgər 58 077 ABŞ dolları avans ödəniş qismində köçürülsəydi, köçürməni həyata keçirən bank bununla əlaqədar yeni Müqavilə və ya Müqaviləyə Əlavəni tələb edərdi. Lakin bank tərəfindən köçürmə əvvəllər təqdim edilmiş Müqavilə və 01 nömrəli Əlavəsinə əsasən verilmiş yenilənmiş faktura əsasında həyata keçirilmişdir. Son nəticə etibarı ilə, STP xaricə köçürdüyü vəsaitin dəyəri olan bütün malları əldə etmiş və bu mallar ölkə ərazisinə idxal olunaraq gömrük orqanlarına bəyan edilmişdir. Məhkəmənin STP tərəfindən xx.xx.2020-ci il tarixində Trafiquraya köçürdüyü 58 077 ABŞ dolları dəyərində vəsaitin avans məbləğ deyil, satın almış olduğu 486 ton mis katodun dəyərindəki artım məbləği olması qənaətinə gəlməsi üçün kifayət qədər sənədlər və sübutlar Mülahizəyə əlavə edilmişdir. Məhkəmə həmçinin nəzərə almalıdır ki, xx.xx.2020-ci il tarixli, Nv PTESİ ******* nömrəli Yekun Faktura STP tərəfindən 58 077 ABŞ dolları pul vəsaiti əsassız olaraq ölkədən çıxarılması ehtimalını istisna edir. Faktura xx.xx.2020-ci il tarixdə banka təqdim edilmiş və onun əsasında köçürmə həyata keçirilmişdir. Fakturanın məzmunu razılaşdırılmış malın yeni dəyərini 2 605 446,00 (iki milyon altı yüz beş min dörd yüz qırx altı) ABŞ dolları olaraq təsbit edir və təyinat etibarı ilə əvvəlki ödənişə yəni 2 547 369 (iki milyon beş yüz qırx yeddi min üç yüz altmış doqquz) ABŞ dollarına əlavə olaraq 58 077 (əlli səkkiz min yetmiş yeddi) ABŞ dollarının ödənilməsini nəzərdə tutur. Yuxarıda göstərilən əsasları rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati protokolu üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Trafigura tərəfindən razılaşdırılmış 486 ton mis katodun göndərildiyini və xx.xx.2020-ci il tarixli, **********3435 sorğu nömrəli Gömrük Bəyannaməsinə əsasən rəsmiləşdirildiyini, X1 səhvən mis katodun yeni qiyməti olan 2 605 446,00 (iki milyon altı, yüz beş min dörd yüz qırx altı) ABŞ dolları deyil, köhnə qiymət olan 2 547 369,00 (iki milyon beş yüz qırx yeddi min üç yüz altmış doqquz) ABŞ dolları nəzərə alındığını və Gömrük Bəyannaməsi həmin qiymət əsasında rəsmiləşdirildiyini, bu səbəbdən STP tərəfindən qarşı tərəfə qiymət artımına görə köçürülmüş 58 077 (əlli səkkiz min yetmiş yeddi) ABŞ dolları pulun geri qaytarılmadığı və yaxud həmin dəyərdə malın ölkəyə idxal olunmadığı kimi anlaşıldığını göstərsə də, məhkəmə təqdim etdiyi sənədlərlə bu təkzib olunmuş, təqdim edilmiş gömrük bəyannaməsinin 44-cü qrafasında qeyd olunan müqavilənin tarixi, tərəflər arasında olan köçürmə sənədlərindəki tarix ilə uyğun deyildir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır (inzibati xəta haqqında protokol tərtib olunduğu zaman qüvvədə olan redaksiyada). Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi ünvanı AZ5022, ünvan 1logiyalar Parkı" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 11615.4 ABŞ dolları (58077.00x20%) məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar