Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1885/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti inspektoru polis kapitanı X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis kapitanı X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə xx xxxxxxx 2020-ci ildə X2 Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti inspektoru polis kapitanı X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material daxil olmuşdur. X6 Dövlət X10 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə, təqribən saat 11:45 radələrində Sumqayıt şəhərində, Sülh küçəsi ilə H.Əliyev adına prospektin kəsişməsində, svetoforun qırmızı işığında dayanıb gözlədiyi zaman 33 nömrəli avtobusun sürücüsü ünvan 1 ünvanında yaşayan X3 50AE837 dövlət nömrə nişanlı İsuzu markalı avtomaşınla onun idarə etdiyi 50DC243 dövlət nömrə nişanlı Chevrolet Captiva markalı avtomaşını sağ tərəfdən vurmuşdur. Hadisə nəticəsində avtomobilə maddi zərər vurulmuş, o cümlədən sağ güzgü tamamilə sıradan çıxmışdır. Hadisə anındakı fotoşəkillər əlavə olunmuşdur. Yaxınlıqda xidmət aparan DYP-nin nümayəndələrini hadisə yerinə dəvət etmişdir. İnspektor hadisənin şəklini çəkərək, onlara yolu boşaltmağı tapşırmış, sənədlərini götürmüşdür. Hadisəni törətmiş sürücüdən dəfələrlə sığortanı dəvət etmələrini xahiş etsə də, indi gələcək, sonra gələcək deyərək sığortanı hadisə yerinə dəvət etməmişlər. Cavabdeh tərəfin sığortanı dəvət etmək fikrində olmadıqlarına əmin olduqdan sonra, onlar hadisəni törətmiş sürücü, onun işlədiyi avtobazanın təhlükəsizlik rəisi ilə alkotestdən keçməyə yollanmışlar. Alkotestdən sonra Sumqayıt şəhər DYP-nin idarəsinə yollanmışdır. Orada ona sənədlərinin hələ gəlmədiyini, şənbə günü olduğu üçün həftənin birinci günü, ayın 24-ü gəlmələrini söyləmişlər. xx.xx.2020-ci il tarixində təkrar getmiş və yenə də qarşı tərəfin gəlməməsi bəhanəsi ilə onu geri qaytarmışlar. O, isə öz növbəsində getməzdən əvvəl qarşı tərəfə 3 dəfə zəng vurmuşdur. İlk iki dəfə gələcəyini bildirsə də, sonuncu zənginə cavab verməmişdir. Bu barədə Sumqayıt DYP-nin inspektorlarına məlumat versə də, onlar gətirərik deyərək onu yola salmışlar. Bir neçə gün gözləsə də, bir xəbər çəxmamışdır. Ayın 29-u 102 xidmətinə zəng vurub hadisə barəsində məlumat vermişdir. Onlar da bu günə kimi ondan şikayət ərizəsi alınmamasına təəccüb etmişlər. Yallnız bundan sonra, mart ayının 7-də onu Simqayıt şəhər DYP-nə dəvət etmiş, inspektor ona şikayət etdiyi üçün hədə-qorxu gəlməyə başlamışdır. Bundan sonra izahatı oxumağa başlamışlar, o buna etiraz etmiş və özü yazacağını söyləmişdir. Bu inspektoru bərk qəzəbləndirmiş və onu yenidən hədələməyə başlamışdır ki, “səhv məlumat yazdığına görə gör sənin başına nə oyun açacağam”. İzahat yazdıqdan sonra ona yaxınlıqdaki mühafizə kameralarının görüntülərini alıb göstərəcəklərinə söz verib yola salmışlar. Növbəti dəfə gələndə hadisə zamanı kameranın işləmədiyini söyləmişlər. Bu halda o kameranın işləməməsi haqqında arayış təqdim etməsini tələb etmişdir. İnspektor arayış alacağını söyləyib yenə onu yola vermişdir. Yenə növbəti dəfə getdikdə inspektor ona kameranın işlədiyini, amma görüntünün çox pis olduğunu söyləmişdir. Nə qədər təkid etsə də, ona kameranın görüntüsünü göstərməmiş və onu açıq-aşkar araya qoymağa, başqa kabinetlərə göndərməyə başlamışdır. Ən sonda isə ona protokol tərtib edəcəyi ilə hədələməyə başlamışdır. Əsəbi halda protokol tərtib etmiş və ona imzalamağı əmr etmişdir. O, protokolu imzalamaqdan imtina etmiş, sənədlərini götürüb evə getmişdir. Axşam AsanPey-də ona protokol tərtib olunduğunu və yalandan guya ötmə əməliyyatı zamanı avtobusla toqquşduğunu yazdığını görmüşdür. Halbuki hadisə zamanı o, işıqforun qırmızı işığında dayanmışdır. Həmin protokoldan onlayn qaydada 10 gün müddətində şikayət etmişdir. Həmin şikayətlə bağlı ona xx xxxx 2020-ci il tarixli **********98 saylı məktub göndərilmiş və bu cavab onu qane etmədiyi üçün məhkəməyə müraciət etmişdir. xx xxxxx 2020-ci il tarixli 319-277-30/20 saylı məktub da onu qane etməmişdir. Lakin həmin sənədlər ona 3 dəfə geri qaytarıldığı üçün hazırki tarixlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında X6 şikayətin təmin edilməsini və barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti inspektoru polis kapitanı X4 bildirdi ki, X2 dedikləri həqiqətə uyğun deyildir, onun tərəfindən inzibati xətanın törədilməsi videogörüntü ilə təsdiq edilir, X2 avtomobili Sumqayıt şəhəri ərazisində saxlanılmış, həmin vaxt inzibati xətanın törədilməsini təsdiq edən videogörüntü X5 dəfələrlə göstərilmişdir. X6 dəfələrlə müraciət etmiş, onun müraciətlərinə qanuni cavab verilmişdir, amma verilən cavablar onu qane etməmişdir. Qərar qanuni və əsaslıdır, qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 11:25-də Sumqayıt şəhəri, Sülh küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində “Chevrolet Captiva minik” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sol zolaqdan sağa manevr edərkən sağ zolaqla düzünə hərəkətdə olan İsuzu markalı 50AE837 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması videogörüntü və təqdim edilən fotoşəkillərlə təsdiq edilmişdir. Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti inspektoru, polis kapitanı X1 təqdim etdiyi videogörüntüyə baxıldı və bir daha müəyyən edildi ki, X6 barəsində qəbul edilmiş qərar asaslı və qanunidir. X6 etirazının əsasını avtobusun onun avtomobilini vurması ilə əsaslandırır. Ancaq bu onun hərəkətlərində inzibati xətanın olmaması qənaətinə gəlməyə və qərarın ləğvinə asas ola bilməz. çünki məhkəmədə də təsdiq edildi ki, o **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sol zolaqdan sağ zolağa manevr etmiş, sağ zolaqla düzünə hərəkətdə olan "İsuzu" markalı, 50AE837 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. Onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti inspektoru polis kapitanı X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1885/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1885/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver