Məhkəmə qərarları › İş №3(060)-1886/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1886/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1886/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* və MN ******* saylı qərarlardan verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: İnzibati tənbeh vermə haqqında 28 iyun 2022-ci il tarixli, MN ******* saylı qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 1910,88 (min doqquz yüz on avro səksən səkkiz sent) avro məbləğində, 28 iyun 2022-ci il tarixli, MN ******* saylı qərara əsasən isə 2250,40 (iki min iki yüz əlli dollar qırx sent) ABŞ dolları məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* və MN ******* saylı qərarlardan şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 bir ərizədə iki qərardan şikayət vermişdir. Qanunvericiliyin tələbinə görə isə hər qərardan ayrı-ayrı şikayət verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* və MN ******* saylı qərarlardan şikayət verərkən Azərbaycan Rerpublikası İXMnin 63-cü və 109.1.6-cı maddələrinin tələbləri pozularaq, bir şikayət ərizəsində iki qərardan şikayət vermişdir. Qanunvericiliyin tələbinə görə isə hər qərardan ayrı-ayrı şikayət verilməlidir. Bununla əlaqədar X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* və MN ******* saylı qərarlardan verdiyi şikayətə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* və MN ******* saylı qərarlardan verdiyi şikayət geri qaytarılsın. X2 qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar