Məhkəmə qərarları › İş №3(060)-189/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-189/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-189/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6, İcra sənədi üzrə tələbkar-X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru- X3 iştirakları ilə xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 17.01.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-4252/2019 saylı, 28.08.2019-ci il tarixli icra sənədinə əsasən iddiaçı X4 qızı 27.02.2018-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmaq hüququnu həyata keçirməsi üçün hər həftənin şənbə günü 5 saat olmaqla, saat 15.00-dan axşam saat 20.00-dək, eyni zamanda digər xüsusi günlərdə (Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, 28 may-Respublika günü, Yeni il bayramı, 8 Mart- Beynəlxalq Qadınlar günü, 26 iyun-Oru günü, 9 May –Qələbə günü bayramlarında), qızının, özününün və anasının doğum günlərində - 27 fevral, 22 iyun, 30 iyul tarixlərində 3 saat olmaqla, saat 15.00-dan axşam saat 18.00-dək görüş verilməsi qət edilmişdir. Lakin cavabdeh qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırır. Bu səbəbdən də barəsində inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirdi ki, tərəfindən 17 yanvar 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-4252/2019 saylı, 28.08.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçı X4 qızı 27.02.2018-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmaq hüququnu həyata keçirməsi üçün hər həftənin şənbə günü 5 saat olmaqla, saat 15.00-dan axşam saat 20.00-dək, eyni zamanda digər xüsusi günlərdə (Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, 28 may-Respublika günü, Yeni il bayramı, 8 Mart- Beynəlxalq Qadınlar günü, 26 iyun-Oru günü, 9 May –Qələbə günü bayramlarında), qızının, özününün və anasının doğum günlərində - 27 fevral, 22 iyun, 30 iyul tarixlərində 3 saat olmaqla, saat 15.00-dan axşam saat 18.00-dək görüş verilməsi qət edilmişdir. İcra sənədi üzrə borclu şəxsin məhkəmə qətnaməsini icra etməkdən qərəzli boyun qaçırdığını nəzərə alaraq barəsində inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs-Şəxs bildirdi ki, həqiqətən də iddiaçı X4 qızı 27.02.2018-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmaq hüququnu həyata keçirməsi üçün hər həftənin şənbə günü 5 saat olmaqla, saat 15.00-dan axşam saat 20.00-dək, eyni zamanda digər xüsusi günlərdə (Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, 28 may-Respublika günü, Yeni il bayramı, 8 Mart- Beynəlxalq Qadınlar günü, 26 iyun-Oru günü, 9 May – Qələbə günü bayramlarında), qızının, özününün və anasının doğum günlərində - 27 fevral, 22 iyun, 30 iyul tarixlərində 3 saat olmaqla, saat 15.00-dan axşam saat 18.00-dək görüş verilməsi qət edilmişdir. O övladının atası ilə ünsiyyətini hər zaman təmin etmiş, lakin 2021-ci ilin iyun ayının 26-sı tarixindən uşağın atası ilə ünsiyyətninin ona psixoloji pis təsir etdiyini görüb, ünsiyyətlərini təmin etməmişdir. O, bildirdi ki, nikahları pozulduqdan sonra qarşı tərəflə ailələri bərpa olunsun deyə 3 dəfə barışmaq qərarına gəlib, lakin hər dəfə xasiyyətləri uyğunlaşmadığına görə aralarında mübahisələr yaranıb. Eyni zamanda bildirir ki, 2021-ci ilin may ayında uşaq atası ilə ünsiyyətdən imtina etmişdir və bununla bağlı icra məmuru tərəfindən akt da tərtib edilmişdir. Bundan başqa onun tərəfindən atası ilə uşaqla görüş vaxtı, lakin atasının icazəsi olmadan və uşaqla təklikdə video çəkliş apararaq diskə qeydə almışdır. Şəxs barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X8 məhkəmə iclasında bildirdi ki, ona qızı 27.02.2018-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmaq hüququnu həyata keçirməsi üçün hər həftənin şənbə günü 5 saat olmaqla, saat 15.00-dan axşam saat 20.00-dək, eyni zamanda digər xüsusi günlərdə (Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, 28 may-Respublika günü, Yeni il bayramı, 8 Mart- Beynəlxalq Qadınlar günü, 26 iyun-Oru günü, 9 May –Qələbə günü bayramlarında), qızının, özününün və anasının doğum günlərində - 27 fevral, 22 iyun, 30 iyul tarixlərində 3 saat olmaqla, saat 15.00-dan axşam saat 18.00-dək görüş verilməsi qət edilmişdir. Lakin cavabdeh hər dəfə onun övladı ilə ünsiyyətinə mane olur və o 26 iyun 2021-ci il tarixindən övladı ilə görüşmür. İcra sənədi üzrə borclu şəxs qərəzli olaraq övladı ilə ünsiyyətini təmin etmir. Borclu tərəfindən bundan sonra əgər icra sənədini icra ediləcəyinə dair söz verirsə onun məsluyyətə cəlb edilməsini istəmir, lakin belə vəd verməzsə onda qanuna müvafiq qayadada cəzalandırılmasını məhkəmədən xahiş edir. X1 inziati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, icra sənədi üzrə tələbkarı və müdafiəçini dinləyib,iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-4252/2019 saylı, 28.08.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçı X4 qızı 27.02.2018-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmaq hüququnu həyata keçirməsi üçün hər həftənin şənbə günü 5 saat olmaqla, saat 15.00-dan axşam saat 20.00-dək, eyni zamanda digər xüsusi günlərdə (Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, 28 may-Respublika günü, Yeni il bayramı, 8 Mart- Beynəlxalq Qadınlar günü, 26 iyun-Oru günü, 9 May – Qələbə günü bayramlarında), qızının, özününün və anasının doğum günlərində - 27 fevral, 22 iyun, 30 iyul tarixlərində 3 saat olmaqla, saat 15.00-dan axşam saat 18.00-dək görüş verilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs tələbkar X4 qızı 27.02.2018-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmaq hüququnu həyata keçirməsini sonuncu dəfə 26.06.2021-ci il tarixdə təmin etmiş, bundan sonra uşağın ata ilə görüşmək istəyinin olmaması, uşağa mənfi təsir göstərməsi səbəbindən atası ilə uşağı görüşdürməmişdir. Bununla bağlı icra məmuru tərəfindən akt tərtib olunmasını əsas olaraq qeyd etmişdir. Lakin məhkəmə tərəfindən qeyd edilən dəlil ona görə əsaslı hesab edilmir ki, iş materiallarında və proses iştirakçılarının verdiyi izahatda işin mübahisəsiz halı kimi, sözügedən akt, yəni uşağın ata ilə görüşmək istəməməsinə dair akt 21.05.2021-ci il tarixdə tərtib edilmişdir. Bundan sonra 26.06.2021-ci il tarixdə uşaqla görüş baş tutumuş, daha sonra icra məmuru tərəfindən dəfələrlə borcluya uşağın şöbəyə gətirilməsi və psixoloqun iştirakı ilə icra hərəkətlərini həyata keçirilməsi təklif olunsa da, boclu qəti şəkildə təklif rədd etmişdir. Məhkəmə iclasında həmin fikirinin üzərində qaldığını bildirmişdir. Borclu tərəfindən tələbkarın icazəsi olamada video çəkiliş aparılmasına gəldikdə məhkəmə vurğulayır ki, qeyd edilən video çəkliş Azərbaycan Respublikasının Konstitusiyasının 32 maddəsinin İİİ hissəsinə zidd olduğundan sübut kimi qəbul edilə bilməz. Borclu Şəxs mütəxəssisin iştitrakı ilə uşaqla ünsiyyət barədə icra sənədi üzrə icra hərəkətlərinin aparılmasına dair məhkəmədə edilmiş təklifi qəbul etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsinin icra etməməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkəttləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq olunmur. İcra sənədi üzrə borclu şəxsin himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq oluna bilməz. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngulləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar