Məhkəmə qərarları › İş №3(060)-1891/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1891/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1891/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-4173/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(060)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-661/2021, xx.xx.2021-ci il tarixli qərarları üzrə müvafiq olaraq, 101730 manat, 3535 manat və 16790 manat borcu ödəməkdən yayınmışdır. Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3-(060)-979/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Buna baxmayaraq Şəxs inzibati tənbehvermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar icra etməmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-4173/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(060)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-661/2021, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə yaranmış borcu ödəməkdən yayınır. Bununla əlaqədar hətta Şəxs 10 gün inzibati qaydada həbs olunmuşdur. Buna baxmayaraq Şəxs icra sənədlərini qərəzli olaraq icra etmir. Buna görə də onun barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. İcra məmuru qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, məhkəmə qərarlarının icrasından qəsdən yayınmır. Maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilmir. İyul ayında yeni işə qəbul edilib. Bundan başqa səhətində ciddi problemlər var. 23 iyul 2024-cü il tarixdə infarkt keçirib və ürəyinə stent qoyulub. Şəxs qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Şəxs icra sənədlərini qərəzli olaraq deyil, maddi vəziyyəti ilə əlaqədar icra edə bilmir. Bundan başqa o, ürək xəstəliyindən əziyyət çəkir. Vəkil qərar qəbul edilərkən qeyd edilənləri və Şəxs sağlamlıq vəziyyətinin nəzərə alaraq həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 3-(060)-979/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi il nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İşdə olan Medistyle Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PTCA-STENT Protokolundan görünür ki, Şəxs ürəyinə stent implantasiyası həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edildi ki, Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-4173/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməməsi səbəbilə Şəxs xx.xx.2024-cü il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, lakin buna baxmayaraq o, icra sənədini təkrarən icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Şəxs səhhətində probem yaransa da, icra sənədinin icra edilməməsinə görə ona inzibati tənbeh tətbiq edildikdən, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək onun tərəfindən icra sənədi üzrə hər hansı ödəniş edilməmiş, beləliklə M.X2 Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və sağlamlıq vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar