Məhkəmə qərarları › İş №3(060)-1894/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1894/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1894/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 08 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 44572.80 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə ölkədən xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 17101,80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 iyun 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixli, EP N° ******* saylı inzibati protokol tərtib etmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati protokol "xxxx" MMC (Bundan sonra "STP") tərəfindən Türkiyə rezidenti olan "X1 Paz. İmalat Sanayi İç ve Dış Tic. LTD. ŞTİ" şirkətinə (Bundan sonra "İşın Daylight") xx.xx.2020-cı il tarixdə 44572,80 (qırx dörd min beş yüz yetmiş iki dollar səksən sent) ABŞ dolları məbləğində pulun köçürülməsi, lakin 17101,80 (on yeddi min yüz bir dollar səksən sent) ABŞ dolları dəyərində malın 2 il ərzində ölkənin gömrük sərhədini keçməsinə dair sənədlərin köçürməni həyata keçirən banka təqdim edilməməsi ilə əlaqədar tərtib edilmişdir. Nəzərinizə çatdırırıq ki, STP ilə olan İşın Daylight arasında xx.xx.2020-ci il tarixli, STP/İD-2105 saylı Müqavilənin xx.xx.2020-ci il tarixli, 01 saylı Əlavəsi ilə 1 ədədinin dəyəri 74,50 ABŞ dolları olan 300 ədəd 8 künc L=7800mm t=3mm olan işıq dirəyi üçün gövdə, 1 ədədinin dəyəri 109,50 ABŞ dolları olan 300 ədəd 8 künc L=9800 mm t=3mm olan işıq dirəyi üçün gövdənin alğı-satqısı razılaşdırılmışdır. İşın Daylight xx.xx.2020-ci ıl tarixində bu malların toplam dəyəri olan 55 200.00 (əlli beş min iki yüz) ABŞ dolları məbləğində 20-0212-R2 saylı Proforma İnvoice göndərmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixli, N° 01-1 saylı Əlavə Razılaşma bağlanmış, bu Razılaşdırma Əlavəsi ilə Müqavilənin 01 saylı Əlavəsində razılaşdırılmış malların miqdarı dəyişdirilmiş və 1 ədədinin dəyəri 74,50 ABŞ dolları olan 340 ədəd 8 künc L=7600mm t=3mm olan işıq dirəyi üçün gövdə, 1 ədədinin dəyəri 109,50 ABŞ dolları olan 252 ədəd 8 künc L=9600 mm t=3rnm olan işıq dirəyi üçün gövdənin alğı- satqısı razılaşdırılmışdır. Bu malların toplam dəyəri 52 924.00 (əlli iki min doqquz yüz iyirmi dörd) ABŞ dolları təşkil edir. Bununla birlikdə İşın Daylight-ın xx.xx.2020-ci ıl tarixində 20-0212-R3 saylı Proforma İnvoice göndərmişdir. X3-da göstərilən malların dəyəri olan 52 924.00 (əlli iki min doqquz yüz iyirmi dörd) ABŞ dolları olan məbləğ STP tərəfindən 16 560.00 (on altı min beş yüz altmış) ABŞ dolları və 36 364.00 (otuz altı min üç yüz altmış dörd) ABŞ dolları olmaqla 2 dəfəyə ödənilmişdir. xx.xx.2020-ci il tarixli, **********7899 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 25 330.00 (iyirmi beş min üç yüz otuz) ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, **********7859 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 27 594.00 (iyirmi yeddi mm beş yüz doxsan dörd) ABŞ dolları dəyərində, toplam isə 52 924.00 (əlli iki min doqquz yüz iyirmi dörd) ABŞ dolları dəyərində mal ölkəyə daxil olmuşdur. Bu da STP tərəfindən ödənilmiş məbləğlə üst-üstə düşür. Müqavilənin xx.xx.2020-ci il tarixli 02 saylı Əlavəsi ilə 1 ədədinin dəyəri 74,50 ABŞ dolları olan 260 ədəd 8 künc L=7600mm t=3mm olan işıq dirəyi üçün gövdə, 1 ədədinin dəyəri 109,50 ABŞ dolları olan 148 ədəd 8 künc L=9600 mm t-3mm olan işıq 1 dirəyi üçün gövdə, 1 ədədinin dəyəri 113,00 ABŞ dolları olan 1000 ədəd konik L=9600mm t=3mm işıq dirəyi üçün gövdənin alğı-satqısı razılaşdırılmışdır. Bu işıq dirəyi üçün gövdələrin ümumi dəyəri 148 576.00 (bir yüz qırx səkkiz min beş yüz yetmiş altı) ABŞ dolları təşkil edir. İşın Dayiight xx.xx.2020-ci il tarixində, bu malların dəyəri olan 148 576.00 (bir yüz qırx səkkiz min beş yüz yetmiş altı) ABŞ dolları məbləğində 20-0271 saylı Proforma İnvoice göndərmişdir. STP tərəfindən Proforma İnvoice-da göstərilən 148 576.00 (bir yüz qırx səkkiz min beş yüz yetmiş altı) ABŞ dolları olan məbləğ 44 572,80 (qırx dörd min beş yüz yetmiş iki dollar səksən sent), 29 741,60 (iyirmi doqquz min yeddi yüz qırx bir dollar, altmış sent), 36 603.00 (otuz altı min altı yüz üç), 20 73.1,20 (iyirmi min yeddi yüz otuz bir dollar iyirmi sent), 1107,40 (bir min bir yüz yeddi dollar, qırx sent), 15 820.00 (on beş min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğlərində olmaqla 6 dəfəyə ödənilmişdir. Bunun müqabilində aşağıdakı Gömrük Bəyannamələri ilə mallar ölkəyə idxal olunmuşdur; xx.xx.2020-ci il tarixli, **********6065 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 24 182.00 (iyirmi dörd min bir yüz səksən iki) ABŞ dolları dəyərində; xx.xx.2020-ci il tarixli **********3581 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 28 573.00 (iyirmi səkkiz min beş yüz yetmiş üç) ABŞ dolları dəyərində; - xx.xx.2020-ci il tarixli **********9093 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 26100.00 (iyirmi altı min bir yüz) ABŞ dolları dəyərində; xx.xx.2020-ci il tarixli **********3488 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 27 120.00 (iyirmi yeddi min bir yüz iyirmi) ABŞ dolları dəyərində; xx.xx.2020-ci il tarixli **********3471 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 23 843.00 (iyirmi üç min səkkiz yüz otuz üç) ABŞ dolları dəyərində; xx.xx.2020-ci il tarixli **********3456 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 18 645.00 (on səkkiz min altı yüz qırx beş) ABŞ dolları dəyərində Ümumilikdə isə 148 463.00 (bir yüz qırx səkkiz min dörd yüz altmış üç) ABŞ dolları dəyərində mal idxal edilmişdir. Göründüyü kimi dəyəri ödənilmiş mallar (113 ABŞ dolları dəyərində mal əksik olmaqla) ölkəyə idxal olunmuşdur. Əksik göndərilmiş 113 ABŞ dolları olan məbləğ isə inzibati məsuliyyətin əmələ gəlməsi üçün müəyyən edilmiş həddən aşağıdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaiarı"nın 4.3.1.3-cü yarımbəndinə əsasən, "qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir." Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin 2 milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, ''Mərkəzi Bankın idarə Heyəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında müəyyən edilmiş tövsiyələrinə uyğun olaraq, həmçinin son illər ölkənin tədiyə balansının göstəricilərində müşahidə edilən yaxşılaşmanı, gömrük nəzarətinin, bütövlüklə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələrini nəzərə alaraq 20 fevral 2020-ci ıl tarixli qərarı ilə Qaydalara dəyişiklik etmiş, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmışdır. Bundan başqa idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır." Yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi bu inzibati xətanın törədilməsi üçün idxal olunmayan ma! və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən yuxarı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilən əsasları rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, EP N° ******* saylı inzibati protokolunu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməyinizi xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 08 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********6065 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 24182.00 (iyirmi dörd min bir yüz səksən iki) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********3581 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 28 573.00 (iyirmi səkkiz min beş yüz yetmiş üç) ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********9093 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 26100.00 (iyirmi altı min bir yüz) ABŞ dolları dəyərində mal idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********3488 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 27120.00 (iyirmi yeddi min bir yüz iyirmi) ABŞ dolları dəyərində mal idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********3471 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 23843.00 (iyirmi üç min səkkiz yüz otuz üç) ABŞ dolları dəyərində mal idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********3456 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 18645.00 (on səkkiz min altı yüz qırx beş) ABŞ dolları dəyərində mal idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs 44572.80 ABŞ dolları məbləğindən xx.xx.2020-ci il tarixli, **********6065 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, STP/İD-2105 saylı Müqavilə üzrə 24182.00 (iyirmi dörd min bir yüz səksən iki) ABŞ dolları dəyərində - xx.xx.2020-ci il tarixli **********3581 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, STP/İD-2105 saylı Müqavilə üzrə 28 573.00 (iyirmi səkkiz min beş yüz yetmiş üç) ABŞ dolları dəyərində - xx.xx.2020-ci il tarixli **********9093 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, STP/İD-2105 saylı Müqavilə üzrə 26100.00 (iyirmi altı min bir yüz) ABŞ dolları dəyərində xx.xx.2020-ci il tarixli **********3488 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, STP/İD-2105 saylı Müqavilə üzrə 27120.00 (iyirmi yeddi min bir yüz iyirmi) ABŞ dolları dəyərində - xx.xx.2020-ci il tarixli **********3471 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, STP/İD-2105 saylı Müqavilə üzrə 23843.00 (iyirmi üç min səkkiz yüz otuz üç) ABŞ dolları dəyərində - xx.xx.2020-ci il tarixli **********3456 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, STP/İD-2105 saylı Müqavilə üzrə 18645.00 (on səkkiz min altı yüz qırx beş) ABŞ dolları dəyərində mal tərəflərindən idxal edilmişdir. Ümumilikdə isə 148463,00 (yüz qırx səkkiz min dörd yüz altmış üç) ABŞ dolları dəyərində mal idxal edilmişdir. Aradakı fərq 113 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi bu inzibati xətanın törədilməsi üçün idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən yuxarı olmalıdır. İş üzrə geri qaytarılmayan məbləğin qalıq dəyəri 113 ABŞ dolları təşkil etdiyindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 08 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 08 iyul 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar