Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1895/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi - X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 08 may 2021-ci il tarixli, 00700-0090/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinə əsasən tərtib edilmiş 08 may 2021-ci il tarixli, 00700-0090/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən, Şəxs MMC-nin müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmiş ümumi gömrük dəyəri 105400 (yüz beş min dörd yüz) manat təşkil edən malların saxlancda qalma müddətləri başa çatmasına baxmayaraq həmin malların başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməməsi və həmçinin sözügedən gömrük nəzarəti altında olan mallar üzərində qanunsuz əməliyyatlar aparmaq və həmin mallar üzərində sərəncam verməklə Azərbaycan Respublikası İXM-nin 491.1-ci və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X3 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 izahatında göstərdi ki, onun hazırda Şəxs MMC ilə bir dəfə əməkdaşlıq etmişdir. Belə ki 2019-2020-ci il tarixdə MMC tərəfindən ona verilmiş etibarnamə üzrə həmin MMC-nin ünvanına daxil olmuş yükləri qəbul etmək, rəsmişləşdirmək boşaltmaq kimi səlahiyyətləri olmuşdur. Onun sənədləri şirkətdə qalmışdır. Ola bilər ki, şirkət onun sənədlərindən istifadə etmiş, bu səbəbdən hazırkı iş üzrə adı iş materiallarına əlavə edilmişdir. Lakin həmin etibarnamə üzrə bircə dəfə şirkətlə əməmkdaşlıq etişdir. Hazırda sözügedən inzibati xətaya dair iş üzrə mallardan xəbəri yoxdur. Həmin mallar şirkətin özünə məxsusdur. Mallarla heç bir əlaqəsi yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Şəxs MMC müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirdiyi “minik avtomobili üçün təzə pnevmatik şinlər” yükünün 02.11.2019cu il tarixli **********2540 sorğu nömrəli gömrük bəyannaməsi ilə Çin Xalq Respublikasından daxil olmuş gömrük dəyəri 52700 manat, **********2535 sorğu nömrəli gğmrük bəyannaməsi ilə daxil olmuş gömrük dəyəri 52700 manat, ümumilikdə dəyəri 105400 (bir yüz beş min dörd yüz) manat olan “minik avtomobili üçün təzə pnevmatik şinlər” yükünü müvəqqəti saxlanca götürmüşdür. Bundan əlavə 02.11.2019-cu il tarixli **********2540, 02.11.2019-cu il tarixli **********2535 sorğu nömrəli gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və saxlancda qalma müddəti barədə öhdəlik götürülmüş “minik avtomobili üçün təzə pnevmatik şinlər” yükü saxlanc müddətinin başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli yoxlama aparılması haqqında protokoldan görünür ki, Şəxs MMC **********2540 və **********2535 sorğu nömrəli gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində qanunsuz sərəncam verilmişdir. Belə ki, yoxlama zamanı malların həmin anbarda olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən həmin məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 105400 (yüz beş min dörd yüz) manat təşkil edir. Ona görə də, Şəxs MMC-yə həmin məbləğin otuz faizindən yüz faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində (105400 manat X 30%), yəni 31620 (otuz bir min altı yüz iyirmi) manat məbləğində cərimə olunsun. Qərarın icrası Bakı şəhəri, Nərimanov rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1895/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1895/2021
22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver