Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1897/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs-Şəxs direktoru Nümayəndə2 Hüseyin oğlunun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş materiallara Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev, ev 25 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 505-ci maddəsinə əsasən 24 may 2021-ci il tarixli 00700-0106/21 №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Gömrük Əməliyyatları İdarəsi Gömrük Prosedurları və Ödənişləri şöbəsindən 04.03.2021ci il tarixli 34/012/000645 saylı raportda ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMCnin ünvanına Özbəkistan Respublikasında qeydiyyatda olan “AL X5” şirkətindən 13.02.2021-ci il tarixli, EX- 02/21 nömrəli invovs əsasında 80Q0690A/807821AA nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş və **********9438 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş “Kimyəvi tekstil materiallardan xalçalar” yükünə 01.03.2021-ci il tarixdə Xocasən Gömrük Postunda baxış keçirildiyi, baxış zamanı 01.03.2021-ci il tarixli **********9438 saylı Gömrük Bəyannaməsində istehsal ölkəsi Özbəkistan Respublikası olan, ticarət nisanı Zumrut yazılan, ver sayı 1638, “Kimyəvi tekstil materiallarından xalçalar” göstərildiyi halda, faktiki olaraq Ticarət nişanı “Zumrut” olan xalçaların üzərində “X7” yazısının, Ticarət nişanı “Silver Rose” olan xalçaların üzərində “Model Turkey” yazısının olduğu, 050x080sm ölçüdə olan 400 ədəd xalçaların üzərində isə heç bir yazının olmadığı aşkar olundu. Üzərində “X7” və “Model Turkey” yazısı olan xalçalar yükünün mənşə ölkəsi bəyannamədə Özbəkistan Respublikası kimi qeyd edilmişdir. Həmçinin raportda Gömrük Məcəlləsi, “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və qeyd olunan uyqunsuzluqlara əsasən gömrük dəyərinin dəqiqliyini müəyyənləşdirmək üçün bəyannamə və onunla birgə təqdim olunan sənədlər yoxlanıldığı zaman ölkə ərazisinə idxal olunan eyni və eynicinsli malların sövdələşmə qiyməti ilə müqayisədə azalma müşahidə edildiyi də qeyd edilmişdir, Daxil olmuş raportda malların mənşə ölkəsi barədə düzgün olmayan məlumatların göstərilməsinin gömrük dəyərinə və ödənilmiş gömrük ödənişlərinə təsir edib-etməməsini araşdırmaq məqsədilə Sumqayıt Bas Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində araşdırma başlanılmışdır, bu fakt 28.04.2021-ci il tarixdə tərtib olunmuş 34/012/001240 saylı raportla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli. 9/1551 nömrəli ekspert arayışı ilə, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 08.04.2021-ci il tarixli, 34/013/001002 saylı xidməti qeydlə təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 505-ci maddəsinə əsasən tərtib edilmiş 24 may 2021-ci il tarixli 00700-0106/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 27 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 07 iyun 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə1 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs-Şəxs MMC-nin direktoru X2 izahatında inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək bildirdi ki, 2019-cu ilin oktyabr ayında Şəxs MMC-ni təsis etmiş həmin MMC-nin təsisçi direktorudur. Şirkət xarici iqtisadi fəaliyyət sahəsində fəaliyyət göstərir. Əsasən xaricdən Özbəkistan Respublikasından və Türkiyə Respublikasından döşəmə örtüklərinin (xalça, kovralit) ölkəyə idxalı və satışı ilə məşğuldur. İşin mahiyyəti üzrə 28.02.2021-ci il tarixdə şirkətin ünvanına Özbəkistan Respublikasında qeydiyyatda olan “Al X5” MMC-dən aramızda bağlanmış 22.12.2020-ci il tarixli 22/12 nömrəli müqaviləyə əsasən ticarət nişanı “Zumrut”, yer sayı 1638 ədəd, 17179,7 m2, invoys dəyəri 39513,31 ABŞ dolları olan “Kimyəvi tesktil materiallardan xalçalar” yükü daxil olmuşdur. Qeyd olunan yükün sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirmək üçün 01.03.2020-ci il tarixdə **********9438 nömrəli Gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət etmişdir. Elə həmin gün mallara Meyvəli Terminalında baxış keçirildi. Baxış zamanı xalçaların yer sayının düzgün olduğu yəni 1638 ədəd, ümumi sahəsinin isə 17179,7 m2 olduğu öz təsdiqini tapmış, lakin xalçalardan bəzilərinin üzrərində Zumrut X7, bəzilərində Silver Rose, model Turkey, bəzilərinin üzərində isə heç bir yazı olmadığı müəyyən edilmişdir. Belə olan halda gömrük əməkdaşları tərəfindən fakt aktlaşdırıldı, mallar malları daşıyan 8000690A/807821AA nömrəli yük maşınına yüklənərək nəqliyyat vasitəsi möhürləndi və nəqliyyat vasitəsi Meyvəli Terminalın dayanacağına yerləşdirilmişdir. Daha sonra onların əsaslandırılmış müraciəti və malların tamlığının qorunmasına dair öhdəlik əsasında 05.03.2021-ci il tarixdə qeyd olunan xalçalar gömrük nəzarəti əsasında şirkətə məxsus Lökbatan qəsəbəsində yerləşən Karvansaray Ticarət mərkəzindəki x-1-21 nömrəli anbara yığılaraq anbar gömrük orqanı tərəfindən möhürlənmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 505-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən araşdırma məqsədilə **********9438 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Kimyəvi tekstil materiallardan xalçalar” yükünün mənşə ölkəsini müəyyən etmək üçün 09.03.2021ci il tarixli 1500-013/002-25/00257 saylı məktubla AR Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət olunmuşdur. AR Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 12.03.2021-ci il tarixli 25/25/000734 saylı cavab məktubunda “CT-1” formalı mənşə sertifikatının həqiqiliyinin elektron məlumat bazasında təsdiqləndiyi və ticarət nişanının döşəmə örtüklərinin üzərinə yapışdırılan nişanda qeyd olunan ticarət nişanlarının (strixkod) öz təsdiqini tapmadığı, lakin ticarət nişanlarının ilk 3 rəqəmi-478 məhsulların Özbəkistan Respublikasına mənsub olduğu qeyd olunmuşdur. Daha sonra **********6767 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1638 ədəd “Kimyəvi tekstil materiallardan xalçalar” yükünün 01.03.2021-ci il tarixə olan orta bazar qiymətini müəyyənləşdirmək məqsədilə Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən 12.03.2021-ci il tarixli, 1500-013/002- 24/00274 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2021ci il tarixli 9/1551 savlı ekspert arayışına əsasən 40 adda ümumi sayı 1638 ədəd olan süni xalçaların orta bazar qiyməti 120265,00 manat müəyyən edilmişdir. İş materialında olan gömrük dəyəri və gömrük ödənişlərinin məbləği barədə Təhqiqat bölməsinə məlumat verilməsi ücün Gömrük Əməliyyatları İdarəsinə 08.04.2021ci il tarixdə, 34/013/001002 saylı sorğu göndərilmiş və Gömrük Əməliyyatları İdarəsindən sorğuya cavab olaraq daxil olmuş 28.04.2021-ci il tarixli 34/012/001236 savlı xidməti qeyddə ekspert arayışına əsasən orta bazar qiyməti 120265,00 AZN olan “40 adda süni xalçalar” yükünün ümumi gömrük dəyəri 79435 azn, ödənilməli olan gömrük əməliyyatları haqqı-400 AZN, əlavə dəyər verqisi-14770,3 AZN olmaqla cəmi 14770.3 AZN gömrük ödənişi ödənilməsi qeyd olunmuşdur. Şəxs MMC-nin **********9438 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödədiyi cəmi gömrük ödənişlərinin 13528,27 azn təşkil etdiyini nəzərə alınaraq, ödəmədiyi gömrük ödənişlərinin miqdarı ümumilikdə 1243,03 AZN təşkil etmişdir. Beləliklə aparılmış araşdırma ilə Şəxs MMC-nin ünvanına Özbəkistan Respublikasında daxil olmuş döşəmə örtükləri (xalça) AR Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 12.03.2021-ci il tarixli 25/25/000734 saylı cavab məktubunda “CT-1” formalı mənşə sertifikatının həqiqiliyinin elektron məlumat bazasında təsdiqləndiyi və ticarət nişanının döşəmə örtüklərinin üzərinə yapışdırılan nişanda qeyd olunan ticarət nişanlarının (strixkod) öz təsdiqini tapmamış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2021-ci il tarixli 9/1551 savlı ekspert arayışına əsasən 40 adda ümumi sayı 1638 ədəd olan süni xalçaların orta bazar qiymətinin 120265,00 manat müəyyən edilmiş, ekspert arayışına əsasən orta bazar qiyməti 120265,00 AZN olan “40 adda süni xalçalar” yükünün ümumi gömrük dəyəri 79435 azn, ödənilməli olan gömrük əməliyyatları haqqı-400 AZN, əlavə dəyər verqisi-14770,3 AZN olmaqla cəmi 14770.3 AZN gömrük ödənişi ödənilməsi qeyd olunmuşdur. Şəxs MMC-nin **********9438 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödədiyi cəmi gömrük ödənişlərinin 13528,27 azn təşkil etdiyini nəzərə alınaraq, ödəmədiyi gömrük ödənişlərinin miqdarı ümumilikdə 1242,03 AZN təşkil edir. Beləliklə də Şəxs MMC 1.242 (bir min iki yüz qırx iki) manat 03 (üç) qəpik məbləğində az miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Şəxs MMC tərəfindən İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş orqanının nümayəndələrinin izahatları və iş materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 505-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda-ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanın Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev, ev 25 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1.242,03 (bir min iki yüz qırx iki) manat 03 (üç) qəpik gömrük ödənişlərinin məbləğinin 100 (bir yüz) faizi məbləğində, yəni 1.242,03 (bir min iki yüz qırx iki) manat 03 (üç) qəpik (1.242,03 x 100 %) məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1897/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1897/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver