Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1899/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində inzibati xəta haqqında 08 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs 20000.00 ABŞ dolları məbləğində vəsaiti 29 iyun 2020-ci il tarixdə xəricə köçürülmüş, və 2 il keçsə də, 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 30 iyun 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, protokol əsassızdır. Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilən 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməməsi Şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. Belə ki, "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nin müdiri Doğan Başak tərəfindən göndərilmiş məktubdan da göründüyü kimi Şəxs MMC ilə "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ" arasında bağlanmış 06.20 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020 tarixdə Şəxs MMC tərəfindən "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nin bank hesabına 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində pul köçürülmüş, lakin mallar isə pandemiyaya görə vaxtında göndərilməmişdir. Bundan əlavə 06.20 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ" tərəfindən 20000.00 ABŞ dolları xx.xx.2022-ci il tarixdə Şəxsnə qaytarılmışdır. Beləliklə də, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Bunları nəzərə alıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 08 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 06.20 nömrəli, xx.xx.2020-ci alqı-satqı müqaviləsindən müəyyən olunur ki, həmin "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nin müdiri Doğan Başak ilə Şəxs direktoru Rəşad Mustafayev arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xarici valyutada köçürmə orderindən görünür ki, Şəxs MMC tərəfindən 06.20 nömrəli, xx.xx.2020-ci alqı-satqı müqaviləsinə əsasən 20000 ABŞ dolları "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nə köçürülmüşdür. İş materiallarında olan Şəxs MMC-nin "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC ilə "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ" şirkəti arasında 06.20 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş malları göndərmələrini, əgər göndərmək mümkün deyilsə bunun əsaslı səbəbinin bildirilməsini və ya Şəxs tərəfindən ödənilmiş 30000 və 20000 ABŞ dollar məbləğində vəsaitin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nin müdiri Doğan Başak tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, 20000.00 ABŞ dolları dəyərindəki mallar pandemiya ilə bağlı vaxtında Şəxsnə göndərilməmişdir. İş materiallarında olan “YapıKredi” Bankın xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, 06.20 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ" tərəfindən 20000.00 ABŞ dolları xx.xx.2022-ci il tarixdə Şəxsnə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxmından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər." Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nin müdiri Doğan Başak ilə Şəxs direktoru Rəşad Mustafayev arasında 06.20 nömrəli, xx.xx.2020-ci alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli xarici valyutada köçürmə orderi ilə Şəxs MMC tərəfindən 20000 ABŞ dolları "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"nə köçürülmüş, köçürülən pul məbləğinin dəyərində pulun dəyərində malın göndərilmədiyi və ya pulun vaxtında qaytarılmaması səbəbindən Şəxs MMC-nin "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nə xx.xx.2022-ci il tarixli məktub göndərmiş və "SİDRA GROUP TURZ.İNSTEKS.SAN.1C VE DİS TİC.LTD.STİ"-nin müdiri Doğan Başak tərəfindən Şəxs həmin məktubuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubla 20000.00 ABŞ dolları dəyərindəki mallar pandemiya ilə bağlı vaxtında Şəxsnə göndərilmədiyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edildiyindən Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 08 iyul 2022-ci il tarixli, EP № ******* saylı saylı inzibati xəta haqqında protokolla başlanılmış icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 08 iyul 2022-ci il tarixli, EP № ******* saylı saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1899/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1899/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver