Məhkəmə qərarları › İş №3(060)-1899/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1899/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1899/2023 17.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarından şikayət verilmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət vermiş şəxs X4 müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərardan şikayət vermiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 xx.xx.2023-ci il tarixdə səhər vaxtı idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı məhəllənin girişində saxlamış, tərəfindən yol hərəkəti qaydalarının pozulmasını bildirmişdir. O, etirazını bildirmiş, lakin ona inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib etmişdir. Protokoldan məlum olmuşdur ki, güya o əks istiqamətli hərəkət zolağından çıxmaqla manevr etmiş və bununla da Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Həmin protokola əsasən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar çıxarılmışdır. 29 iyul 2023-ci il tarixində o, səhər təxmini saat 09:20 radələrində Sumqayıt şəhəri, Azadlıq prospektində hərəkət edib 1-ci məhəllə istiqamətinə dönmə etmiş, əks zolağına çıxmamış, dönmə zamanı yanında manevr etməsi üçün də başqa avtomaşınlar olmamışdır. “Hadisə” zamanı DYP-nin avtomaşını orda olmamış, artıq o dönüb məhəlləyə daxil olandan sonra polis əməkdaşının maşını gəlib ona yaxınlaşmışdır. Araşdırma zamanı çıxarılmış protokol və qərara əsas olan sübutların qarşı tərəfdən tələb edəsini tələb edir. Barəsində çıxarılmış qərarı əsassız və qanunsuz hesab edir və barəsində Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 bildirdi ki, xx.xx.2023-ci il tarixdə səhər saatlarında “CHEVROLET CRUZE” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğuna görə tərəfindən saxlanılmış, qayda pozuntusu ona izah olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Protokolun surətini sürücüyə təqdim etsə də, buna məhəl qoymayaraq protokolu götürməkdən imtina edərək nəqliyyat vasitəsinə əyləşərək getmişdir. Sürücü tərəfindən qayda pozuntusu təhlükəsiz şəhər kameralarında qeydə alınmışdır və həmin görüntünü məhkəməyə təqdim edərək qərarı müdafiə etdiyini və dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, “CHEVROLET CRUZE” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Onun idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar