Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-190/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, MİS yaşıllaşdırma idarəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 18 yanvar 2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Zərərçəkmiş şəxs məxsus pivə bakallarını təpiklə və bir-birinə vuraraq sındıraraq ona 174 AZN maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 19 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 01 fevral 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 2022-ci il dekabrın əvvəllərində Yavər adlı şəxsə ona məxsus olan kafeni icarəyə işlətməyə vermişdir. Həmin şəxs 20 gün işləyəndən sonra müəyyən səbəblərə görə həmin şəxsin əlindən həmin yeri almışdır. Daha sonra aralarında söz-söhbət baş vermişdir. Həmin Yavər adlı şəxs ona aid olan kafedə olan qab-qacaqları apararaq ona 300 AZN-ə yaxın maddi ziyan vurmuşdur. Yavərin dediyinə görə o Yavərin 16 bakalını sındırmışdır. Bunu qəbul edir. Hər bir bakalın qiyməti 4 manat olduğundan o Yavərə 174 manat deyil, 64 manat maddi ziyan vurmuşdur, bunu verəcəkdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2022-ci ilin dekabr ayının 24-də Allahyar adlı şəxsdən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən kafesini icarəyə götürmüşdür. Daha sonra onunla müəyyən səbəblərə görə sözləri düz gəlməmişdir və o oranı təhvil verib çıxmışdır. O 200 manat verərək ondan qabaqki icarədardan pivə bakalları və digər əşyaları almışdır. Ona məxsus 16 bakal Allahyar tərəfindən sındırılmışdır. Hər bakalın dəyəri 04 manatdır. Ona bakalların sındırılması nəticəsində ümumilikdə 64 manat maddi ziyan dəymişdir. Həmçinin icarə vaxtından əvvəl pozulduğu üçün icarə haqqı olaraq əvvəlcədə Allahyara verdiyi puldan ona 110 manat qaytarılmalıdır. Ona görə də dəymiş ziyanı 174 manat kimi qeyd etmişdir və dəymiş həmin zərərin ödənilməsini və qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X2 HK-1/3172 №li xx.xx.2022-ci il tarixli material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış mateial üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri görülməsi üçün Sumqayıt ŞPİ-nin 1ci PB-nə göndərilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati tənbeh tədbirlri görülməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə göndərilmişdir. Qeyd olunan material üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs 20.Zərərçəkmiş şəxs məxsus pivə bakallarını təpiklə və bir-birinə vuraraq sındıraraq 174 AZN maddi ziyan vurmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edildiyindən inzibati qaydada məsuliyyətə cəlb olunması qeyd edilmişdir. İş materiallarında zərərçəkmiş şəxsə dəymiş ziyan 174 manat göstərilmişdir, amma məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, ona 174 manat maddi ziyan vurulmuşdur, bunun 64 manatı pivə bakallarının sındırılmasına görədir, 110 manatı isə verdiyi icarə haqqının bir hissəsidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə bunu qəbul etməmiş, o sındırılmış bakalların hər birinin qiymətinin 4 manat olduğunu qəbul edərək, cəmi 64 manat ziyan vurduğunu bildirmişdir. Məhkəmə bunu araşdıraraq belə nəticəyə gəlir ki, məhkəmə iclasında Şəxs Zərərçəkmiş şəxs 174 manat maddi ziyan vurması öz təsdiqini tapmamış, Zərərçəkmiş şəxs izahatında göstərdiyi ona icarə haqqına görə verilməli olan 110 manat mülki xarakterli mübahisə olduğundan məhkəmə vurulmuş ziyanın məbləğinin 64 manat olmasını qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri özünün izahatı ilə bərabər işdə olan digər sübutlarla sübuta yetirilir və o Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən hal Şəxs peşman olmasıdır, ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin hallarını, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş hədd daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Zərərçəkmiş şəxsə icarə haqqının 110 manat hissəsinin geri qaytarılması və digər təıəbləri ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 36.1, 114.1.1, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 64 (altmış dörd) manat cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə icarə haqqının 110 manat hissəsinin geri qaytarılması və digər təıəbləri ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-190/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-190/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver