Məhkəmə qərarları › İş №3(060)-1900/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1900/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1900/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxslər X4, X5, X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocalı rayonu, Xocalı şəhəri ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, ünvan 2 ünvanının sakinləri bildirir ki, qonşusu Şəxs onların uşaqlarına nalayiq söyüşlər söyür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi polis sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Şəxs kamera yerləşdirməsində heç bir problem yoxdur, lakin o, dəfələrlə icazəsiz şəklimi çəkmiş, eyni zamanda səs yazımızı yazmışdır. Eyvanın qarşısında oturmaq üçün yer var. Maşınını onun qarşısında saxlayır. Dincəlmək və hava almaq məqsədilə orda oturmaq üçün maşının kənarda saxlanılmasını xahiş etdikdə, nalayiq ifadələr işlədərək təhqir etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Şəxs qeyd elədiyi bağ sahəsi hamının bağıdır. Sadəcə becərilməsi ilə o məşğul olur. Şəxs sudan qanunsuz istifadə edilməsi ilə bağlı barəsində "xxxx" ASC-yə şikayət yazmışdır. Belə ki, bu hal dəfələrlə baş vermiş və polis əməkdaşları yoxlanış üçün gəlmişlər. Şəxs ailəsi ilə birlikdə evinə basqın etmişdir. Şəxs hər kəsi narahat edərək, nalayiq ifadələr işlədir. Belə ki, qeyd olunanlara əsasən barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, Şəxs kamera yerləşdirərək maşınına kiminsə yaxınlaşması halında qışqır-bağır salaraq hər kəsi narahat edir. Belə ki, uşaqlar həyətdə rahat velosiped sürə bilmirlər. Onlar maşına yaxınlaşmamış Şəxs səs-küyü həyəti bir-birinə qatır. Uşaqlara qarşı nalayiq ifadələr işlədir. Uşaqlar onun qışqırmasından qorxurlar. Bu hal belə davam etməməsi üçün barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 3 ildir həmin mənzilə köçmüşlər. Elşən, həyat yoldaşı və atası o mənzilə köçdükdən sonra onu və ailəsini narahat edirlər. Belə ki, Elşən adlı şəxs torpaq sahəsindən qanunsuz şəkildə istifadə edərək bağ sahəsinə çevirmişdir. Sudan qanunsuz şəkildə istifadə edir. Bu səbəblə "xxxx" ASC-yə şikayət etmişdir. Bu şikayətdən sonra qonşular ilə aralarında söz-söhbət yaranmışdır. Kamera qoşulmasında səbəb isə şəxsi istifadəsində olan maşını qorumaqdan ibarətdir. Belə ki, uşaqlar valideynləri tərəfindən maşının cızılması barədə öyrədilmişlər. Bu hal davam etdiyindən polisə müraciət etmək məcburiyyətində olmuşdur. Zərərçəkmişlərin qeyd elədiklərinin əksinə onlar ailəsi ilə rahat yaşamasında maneəçilik törətmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar