Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1900/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-577/2017 saylı, xx.xx.2017-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2961/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun ödənilməyən 6420 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı bildirmişdir ki, 10 aprel 2017-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ümumilikdə 2 uşağa görə 273 manat sabit pul məbləğində aliment məbləğinin Şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməyi qərara alınmışdır. 10 iyun 2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməyi qərara alınmışdır. Hər iki icra sənədi üzrə borclu idarəyə dəvət olunmuş, izahatı alınmışdır. Daha sonra borclunun axtarışı elan edilmiş və ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Beləliklə, borclunun təxmini 8500 manat borcu yaranmışdır. Bundan sonra aprel ayında borclu barəsində inzibati protokol tərtib olunmuş və borclu mütəmadi ödənişlər etmiş, lakin borcunu tam olaraq ödəyə bilməmişdir. Belə ki, may ayında 2000 manat, iyun ayında 780 manat, iyul ayında 600 və bu gün 500 manat tələbkara ödəmişdir. Beləliklə, 6420 manat aliment borcundan 5920 manat borcu qalmışdır. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2016-cı ilə qədər tələbkarla bir evdə yaşayıb. İcra məmuru Sənan Qasımlı onu İcra İdarəsinə dəvət edərək 15000 borcu olduğunu bildirmişdir, lakin onun həmin vaxta qədər aliment borcundan xəbəri olmamışdır və borcundan xəbərdar olduğu vaxtdan bəri mütəmadi ödənişlər etmişdir. Belə ki, hər ay aliment borcundan əlavə borcundan 200-300 manat ödənişlər etmişdir. Bu vaxtdan sonra da mütəmadi olaraq borcunu ödəməyə hazırdır. İlin sonunadək bütün borclarını ödəyəcək. Məhkəmədən hər ay borcunu ödəyəcəyini nəzərə alaraq barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, borcluyla 2016-cı ildən övladlarının ayrılıblar və onunla bir evdə yaşamır. 2017-ci ildə aliment iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və borclunun izahatı alınmışdır. Beləliklə, borcludan hər ay 2 uşağa görə 273 manat aliment məbləği tutulması qərara alınmışdır, yəni bu o deməkdir ki, borclunun aliment borcundan xəbəri var. Borcunu tam şəkildə tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi Şəxs indiyə qədər aliment borcu üzrə ödənişlər etməsini nəzərə alaraq məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, 23 may 2008-ci il təvəllüdlü X6 və 01 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay bir uşaq üçün 136.60 (yüz otuz altı manat altmış qəpik) manat olmaqla ümumilikdə iki uşağa görə 273,20 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-577/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi Hə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, cavabdeh Şəxs hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X8, və xx.xx.2011 -ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-577/2024 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu qərarla tanış edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2961/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq başlamaq təmin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 2(060)-2961/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qərardaddan görünür ki, borclu Şəxs ölkəən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borclu Şəxs hər ay aliment borcundan tələbkara ödənişlər edir. Ödənilməmiş 12110 manat borcundan indi 200 manat ödəniş etməklə hər ay 400 manat ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi heç bir yerdə işləməməyidir. İndiyə qədər təxmini 15 minə yaxın ödəniş etmişdir. Bu günə olan 6420 manat borcunu 2025-ci ilin sonuna qədər ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs kart hesabına 2000 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs kart hesabına 100 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs kart hesabına 680 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlii qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs kart hesabına müvafiq olaraq, 100, 100, 50, 50, 50, 200 manat köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclu əvvəllər ödənişlər etmiş, bu günədək məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğindən 6420 (altı min dörd yüz iyirmi) manat borcu yaransa da, məhkəmə iclası başlamazdan əvvəl 500 (beş yüz) manat ödəyərək aliment borcunu 5920 (beş min doqquz yüz iyirmi) manata endirmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixində Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən 12110 manat borcu olmuş, barəsində 8 gün inzibati qaydada həbs tənbehi tətbiq edilmişdir. 1 il 6 ay müddətində borclu Şəxs həm aylıq aliment ödənişlərini həyata keçirmiş, həmçinin borcundan 6190 manatı da ödəyərək 5920 manata endirmişdir. Göstərilənlər onun əməlində qərəz olmasını təkzib edir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1900/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1900/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver