Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1901/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, X1 verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: X3 şikayətlə məhkəməyə müraciət edərək İXP ******* saylı inzibati xətta haqqında protokolun ləğv edilməsini, həmin protokol üzrə qəbul olunan istənilən qərarın qanunsuz hesab edilməsi, sözügedən qərar əsasında yazılan istənilən cərimə məbləğinin və dəbbə pulunun ləğv edilərək sistemindən silinməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə hesab edir ki, X1 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulsa da, X3 inzibati xəta haqqında qərardan deyil, tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayət vermiş, şikayətində həmin protokolun ləğv edilməsini xahiş etmiş, ümumiyyətlə, mübahisələndirdiyi qərarı və tarixini belə göstərməmişdir. Odur ki, X1 şikayəti icraata qəbul edilə bilməz. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : X1, barəsində olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1901/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1901/2022
21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver