Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1904/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin 15 iyul 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarından vəzifəli şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət verən vəzifəli şəxs X11 şikayətlə, onun, (X3) barəsində X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN №1870952 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, ona təyin olunmuş cərimənin silinməsi və başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən vəzifəli şəxs şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin əməkdaşı X4 iş vaxtı xəsarət alması ilə bağlı olaraq onun barəsin də X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli, MN №1870952 saylı qərar çıxarılmışdır. X12, xx.xx.1984-cü il təvəllüdlü, ümumi və peşəsi üzrə iş stajı xx.xx.2010-cu il tarixdəndir. O, cümlədən xx.xx.2010-cu il tarixdə əmək müqaviləsi əsasında "xxxx" MMC-nin Nəqliyyat şöbəsində fəhlə işinə qəbul edilmişdir. Müəssisədən təqdim edilmiş sənədlərə əsasən texniki təhlükəsizlik qaydalarından giriş təlimatı xx.xx.2016-cı il tarixdə, dövrü təlimat xx.xx.2025-ci il tarixdə keçirilmiş, əməyin mühafizəsi üzrə biliyi xx.xx.2024-cü il tarixdə yoxlanılmışdır. "xxxx" MMC Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq əhalinin sağlamlığının və ətraf mühitin tarazlığının qorunması məqsədi ilə məişət tullantılarının idarə edilməsi, bu sahədə dövlət siyasətinin yerinə yetirilməsində iştirak edilməsi, Sumqayıt şəhəri və onun qəsəbələrinin ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq tənzimlənməsi, mülkiyyət növündən asılı olmayaraq şəhər ərazisində hüquqi və fiziki şəxslərə təmizliklə bağlı müxtəlif növ xidmətlərin göstərilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat X8 İdarəsinin bazasında yaradılmış və onun hüquqi varisidir. Bədbəxt hadisə 22 yanvar 2025-ci il tarixdə saat 00:40 radələrində X9 idarə etdiyi “Mersedes Benz C200” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə sol zolaqla Sərvər Bədəlbəyli küçəsi istiqamətində hərəkətdə olarkən avtomobil yolunun orta hissəsində dayanmış “Ford” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı məişət tullantıları daşıyan yük avtomobilinin arxa hissəsinə çırpılması zamanı yük avtomobilinin arxa hissəsində dayanmış və məişət tullantılarını presləyən qurğunu işlədən Cəmiyyətin Nəqliyyat şöbəsinin fəhləsi X5 vurması nəticəsində baş vermişdir. O, ona görə məsuliyyətə cəlb edilmişdir ki, guya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən olaraq Asif adlı şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bildirir ki həmçinin bu maddə ilə eyni şəxsə görə baş direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də məsuliyyətə cəlb olunub. Barəsində çıxarılmış qərardan tam narazıdır. Belə ki, o, heç kimi əmək müqaviləsi bağlamadan işə cəlb etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət vəsaiti hesabına büdcəsi formalaşan təşkilatdır. Bütün işçilərlə əmək müqaviləsi bağlanılır, sonra işə götürülür. "xxxx" MMC-də aparılmış daxili araşdırmanın nəticələrinə əsasən müəyyən edilmişdir ki, Nəqliyyat şöbəsində təmir üzrə nəzarətçi mühəndis vəzifəsində çalışan X6 müəssisəyə aid işləri yerinə yetirərkən səlahiyyəti olmadığı və müəssisə rəhbərliyinin məlumatı olmadığı halda müəssisənin işçisi olmayan Asif adlı şəxsi qabaqcadan razılaşaraq öz şəxsi məqsədləri üçün gördükləri işləri yerinə yetirərkən həmin şəxsi həm də müəssisəyə aid işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bu səbəbdən də müəssisənin xx.xx.2025-ci il tarixli, 20-i nömrəli əmri ilə "xxxx" MMC-nin Nəqliyyat şöbəsində təmir üzrə nəzarətçi mühəndis vəzifəsində çalışan X2 müəssisənin işçisi olmayan başqa şəxsi işə cəlb etdiyinə görə “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Başqa sözlə onun məlumatı olmadan işçilərin şəxsi məsələlərinə kömək edən şəxsi müəssisənin işçisi kimi nəzərə alıblar ki, bu da tam qanunsuzdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şikayət verən şəxs və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə iş materialları ilə əlaqəli şəkildə öyrənərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin 15 iyul 2025ci il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 20-i nömrəli, xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, "xxxx" MMC-nin Nəqliyyat şöbəsində təmir üzrə nəzarətçi mühəndis vəzifəsində çalışan X2 müəssisənin işçisi olmayan başqa şəxsi işə cəlb etdiyinə görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin Nəqliyyat şöbəsində təmir üzrə nəzarətçi mühəndis vəzifəsində çalışan X1 izahatından görünür ki, Asif Şəmiyev adlı şəxs yolda onun içilərinə kömək etdiyi üçün bu haqda rəhbərliyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı № ******* saylı “İnzibati xəta haqqında” qərardan görünür ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən olaraq fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilidiyi üçün vəzifəli şəxs X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə inzibati qaydada cərimə olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi vəzifəli şəxs X11 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin maddənin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 15-ci maddəsinin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən vəzifəli şəxs X7 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin 15 iyul 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarından X11 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Vəzifəli şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin 15 iyul 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin 15 iyul 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1904/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1904/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver