Məhkəmə qərarları › İş №3(060)-1905/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1905/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1905/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakı ilə, 0810.1992-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-498/2019 saylı, xx.xx.2019-cu il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli və Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 8i-6991 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs tələbi üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-498/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 234 manat əsas borc, 70 manat cərimə borcu olmaqla, cəmi 304 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 144 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2660 manat ödənilməmiş hissə, 546 manat dəbbə pulu olmaqla, cəmi 3393 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə və Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 8i-6991 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən CP/10701/64/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7278 manat 47 qəpik, 90manat 35 qəpik məbləğində cərimə, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7393 manat 82 qəpik pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Hər bir iş üzrə icra sənədi ilə tanış edilmişdir. Müəyyən dövrlərdə ödəniş etməsinə baxmayaraq sonuncu ödəniş iki icra sənədi üzrə 2022-ci ilin dekabr ayında, bir icra sənədi üzrə isə 2021-ci ilin dekabr ayında ödəniş etmişdir. Nəticədə 10776 manat borcu qalmışdır. Şəxs bir dəfə şifahi xəbərdarlıq edilmiş, lakin bu vaxta qədər ödəniş etməmiş, çağırışlara gəlməmiş, barəsində axtarış elan edilərək qərar icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmiş, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-498/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən Şəxs 234 manat əsas borc, 70 manat cərimə borcu olmaqla, cəmi 304 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı "xxxx" MMCnin xeyrinə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 144 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2660 manat ödənilməmiş hissə, 546 manat dəbbə pulu olmaqla, cəmi 3393 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə və Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 8i-6991 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən CP/10701/64/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7278 manat 47 qəpik, 90manat 35 qəpik məbləğində cərimə, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7393 manat 82 qəpik pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Əvvəllər ödəniş etsəm də, sonradan işləmədiyimə görə ödəniş edə bilməmişdir. Hal-hazırda işə düzəldiyini, borcu gələcəkdə hissə-hissə ödəyəcəyini və himayəsində 92 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-498/2019 saylı, xx.xx.2019-cu il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli və Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 8i-6991 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs tələbi üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar